Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ

Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİUşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir.
Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar.
Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) gündəlik vərdişlərinin təkcə ruhi və mənəvi cəhətdən deyil, həm də sağlamlıq – fiziki cəhətdən olan faydaları müasir dövrün sağlamlıq mütəxəssisləri tərəfindən elmi cəhətdən sübüt olunmaqda və tətbiq edilməkdədir. Günümüzə qədər gəlib çatan belə sağlamlıq vərdişlərindən bəzilərini təqdim edirik:
Erkən oyanmaq
Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) hər gün axşamdan erkən yatıb sübh namazının azanı ilə oyanardı və namazdan sonra yatmazdı. Elm sübut edir ki, erkən oyanmaq insanı daha da məhsuldar və eləcə də ruhi sağlam edir. Ola bilər ki, ilk vaxtlar tezdən oyanmaq çətin olsun, lakin uşaqlıqdan hətta ən azı 15 dəqiqə daha tez oyanmağı vərdiş etməklə siz özünüzün və övladınızın həyat keyfiyyətini artırmış olarsınız. Erkən durmağın faydalarından əlavə günorta yuxusunun da insan, xüsusən, uşaq sağlamlığına və inkişafına əhəmiyyəti sübuta yetirilmişdir
Az yemək
Həqiqətən də, çox yeməyi insanın özü-özünü zəhərləməsinə bənzədirlər. Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olmuşlar ki, insanın mədəsi dolu olmayanda dərindən və lazımi qaydada nəfəs almaq olduqca asanlaşır və oksigen maddələrin normal mübadiləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət qədər orqanizmə daxil olur. Dərindən alınmayan nəfəs isə insan ömrünü qısaldır.
Peyğəmbəri yanaşma olan "mədənin üçdə biri yemək, üçdə biri maye, üçdə biri nəfəs üçün" konsepti isə hal-hazırda dünya dietoloqları tərəfindən geniş şəkildə tətbiq edilməkdə olan yaponların "hari haçi bu" konseptinə uyğun gəlir ki, bunun da mənası "mədənin 80%-i dolana qədər ye" deməkdir. Təəccüblü deyil ki, bu yemək qaydası dünyada ən uzun ömürlü insanların yaşadığı Yaponiyanın Okinava adasından qaynaqlanmışdır.
Tələsmədən yemək
Biz yenicə öyrənmişik ki, vücudumuzun beyninimizə "doyma" siqnalını ötürməsi üçün 20 dəqiqəlik vaxta ehtiyacı vardır. Tələsmədən yemək az miqdarda qida qəbul etməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Bizim Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) də bu yemək qaydasına riayət edib və ümmətinə tələsmədən yeməyi tövsiyə etmişdir. Həmçinin yeməyi sağ ilə yeyib, mayeni də eyni əl ilə qəbul etməyi bizə məsləhət bilmişdir.
Birlikdə yemək
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) yeməyi təkbaşına deyil, başqaları ilə bölüşərək yeməyi tövsiyə etmişdir. Mütəxəssislər qeyd edir ki, birlikdə yemək və yeməyi paylaşmaq insanlarda stressi azaldır, ailə münasibətlərini möhkəmləndirir, uşaqlarda özünə inam və ailəyə bağlılıq hissini artırır və onlarda sağlam qida vərdişlərini yaradır. Həmçinin Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə isə tənqid etmədən, susaraq yeməzdi.
Su içmək
Mötəbər qaynaqlarda bildirilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) su içərkən üç dəfə nəfəs alıb, verərdi. Müasir elmi araşdırmalar göstərir ki, insan çoxlu miqdarda suyu qısa vaxt ərzində birbaşa içirsə, onda baş ağrısı, qanda elektrolitlərin disbalanslığı, bəzi hallarda isə başgicəllənmə müşahidə olunur. Suyu fasilə ilə qəbul etmək onu həzm etməyə və faydalarını əldə etməyə kömək edir.
Ballı su içmək
Qeyd olunur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) soyuq su ilə qarışdırılmış bal içməyə vərdiş etmişdir. Bir çay qaşığı balı bir stəkan su ilə qarışdırdıqda 30% bal qarışımı alınır ki, bu da inanın qan plazması ilə eyni qatılıq deməkdir. Ballı su tez bir zamanda orqanizm tərəfindən qana sovrulur və bədəndə toplanan toksinlərin atılmasına kömək edir. İmuniteti yüksəldir, bədənə enerji verir, beynin daha iti çalışmasına yardım edir. Məhz bu səbəbdən uşaqlara (bala allergiyası olmayanlara) səhər dərsə getməmişdən öncə ballı su içməyi vərdiş halına salmaq gözəl olardı.
Bir araşdırma ballı suyun yüksək xolesterinə sahib olan insanların xolesterin səviyyəsini 2 saat içərisində 10%-ə qədər azalda bildiyini sübut etmişdir. Su və bal ürək xəstəlikləri və qan dövranı problemləri ilə mübarizədə çox yaxşı təbii vasitədir.
Üzü üstə yatmamaq
Həkimlər tövsiyə edir ki, onurğa sütununun çəkisinə görə təkcə böyüklər deyil, hətta kiçiklər də qarınları üzərində yatmamağa vərdiş etməlidirlər. Çünkü bu tərzdə yatmaq daxili orqanlara və onurğa sütununa mənfi təsir göstərir. Bu cəhətdən də analar onurğa sütünü tam inkişaf etməmiş uşaqlarına qarşı daha diqqətli olmalı və uşaqlıqdan övladlarını üzü üstə yatmamağa alışdırmağa çalışmalıdırlar.
Təmizliyə diqqət yetirmək
Məlumdur ki, təmizlik sağlamlığın vacib ünsürlərindəndir. Şəxsi gigiyenaya fikir vermək bir çox yüngül və ağır xəstəliklərin ən effektiv üsullarından biridir. Təmizliyə riayət etmək ciddi profilaktik mahiyyət daşıyır. Uşaqları kiçik yaşlardan ən azından Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) aşağıdakı tövsiyyələrinə alışdırmaq gərəkdir:
Yeməkdən əvvəl və sonra həmçinin yuxudan oyanan kimi əlləri yumaq.
Yeməkdən sonra ağızı yaxalamaq.
Dırnaqları kəsmək.
Dişləri gündə dəfələrlə təmizləmək.
Gördündüyü kimi, mükəmməl texnoloji tibbi avadanlıqlar və investisiyalar hesabına əldə edilən müasir sağlamlıq bilikləri bütün bu şərtlərin və texnoloji imkanların olmadığı bir zamanda – təqribən 1400 il əvvəl Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) Allahın ona bəxş etdiyi ağıl və vəhy sayəsində bildirilmişdir. Biz də bir ümmət olaraq Onu (Allahın ona salavatı və salamı olsun) özümüzə örnək bilməliyik.
Hazırladı: Ülviyyə Mirzəyeva
Vib.az

Maraqlı     Baxılıb: 2248   Tarix: 27 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

maskalar kosmetik vasiteler qis geyimləri 2026 kitayski roza bilik haqqinda atalar sözləri dəbli bloq sahibələri yay donlari 2026 kosmetika toy gecesi novruza aid hakista qiz evi oglan evi vidyolar