Pilotun atası: "Urfan mənə söz verib, gəlib dərmanlarımı alacaq"

Pilotun atası: "Urfan mənə söz verib, gəlib dərmanlarımı alacaq"Aprelin 2-nə keçən gecə təmas xəttində başlayan "qızğın atışmalarda" vurulan Mi-24 helikopterinin pilotları ilə bağlı bu günə qədər ailələrinə məlumat verilmir, pilotların ailəsi BBC Azərbaycancaya müsahibə verib.
"Bizə hadisə baş verən gün gəlib başsağlığı verdilər ki, şəhid olublar. Sonra da gecə saat 4-də gəldilər üzr istədilər ki, bəs məlumat təsdiqlənməyib, bağışlayın", pilot Urfan Vəlizadənin qaynatası, Nəriman Əsədov onların sağ və ya həlak olmasından hələ də xəbərsiz olduqlarını deyir.
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin hərbi mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopterinin vurulmasını təsdiqləsə də, pilotlarla bağlı hər hansı rəsmi məlumat verilmir.
Ermənistan tərəfi də bu hadisə ilə bağlı hər hansı şərh verməyib.
Pilotların ailələrinin dediyinə görə, vurulan Mi-24 helikopterində Azərbaycan Hərbi Hava Qüvvələrinin mayorları, Urfan Vəlizadə və Təbriz Musazadə olub.
"Başsağlığı verməyin"
37 yaşlı mayor Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışır. Ali təhsilini bir sıra xarici ölkələrdə alıb. İki övladı var. Böyük qızı 8, kiçiyi isə 1 yaşındadır.
Pilotun ailəsi ilə məhəllədə qurulan çadırda görüşdük. Gəlib gedən insanların çox olması səbəbindən Nizami rayon İcra başçısının göstərişi ilə həyətdə çadır qurulub.
Pilotun həyat yoldaşı deyir ki, sonuncu dəfə aprelin 2-si, səhər tezdən telefonda danışanda Urfan "Könül, narahat olma burda yaxşılıqdır", deyərək onu "axşama gözləməyi" xahiş edib.
"Həmin gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də saytdan oxudum ki, helikopter vurulub. Ufranın da şəklini qoyublar", pilotun həyat yoldaşı qeyd edib.
Həmin gün hərbi nümayəndələrin "başsağlığı xəbərinə" edilən düzəlişdən sonra ailəyə bu günə qədər hər hansı "rəsmi məlumat verilməyib".
Çadıra gələn insanlara "mənə başsağlığı verməyin" deyə etiraz edən pilotun həyat yoldaşı inanır ki, indiyə qədər keçdiyi təcrübə Urfanı düşdüyü ərazidən də "sağ salamat çıxmasına kömək olacaq".
"Urfan bu ilin avqustunda pensiyaya çıxacaq. Ərizəsini də bir neçə ay əvvəlcədən yazıb", pilotun bacısı da onun "yoxluğuna" inanmaq istəmir və tezliklə sağ qayıdacağına "ümid edir".
"Ehtimallar"
35 yaşlı pilot, mayor Təbriz Musazadə Urfanın həm qohumu, həm də yaxın dostudur. Ailəlidir və iki övladı var.
"Burada İcra başçısı gətirib çadır qurdurub. Bilmirik niyə qurub. Kim ölüb ki?", - deyə pilotun qardaşı Ruslan sual edir.
Pilotun ailəsi ehtimal edir ki, hadisə baş verən gün Təbriz də Urfanla birlikdə eyni helikopterdə olub.
"İş yoldaşlarının dediyinə görə, Təbriz deyib ki, mən Urfan qardaşımla uçacam. Onu tək qoya bilmərəm", pilotun qohumu deyir.
Təbrizlə bağlı rəsmi məlumat əldə edə bilməyən ailə sosial şəbəkələrdə yayılan videolara əsasən onların hər ikisinin sağ olduğunu "ehtimal edir".
"İnternetdə yayılan videoda görünür ki, helikopter dağılıb. Amma sonradan iki nəfər helikopterin yanında sağ salamat görünür", ailənin yaxın qohumu pilotların "neytral zonada olmasını" ehtimal edir.
Ancaq pilotun ailə üzvlərinə rəsmi məlumat verilmədiyinə görə onlar yalnız "ehtimallarla yaşayır".
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 15, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.
Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı "həqiqətə uyğun olmayan" adlandırıb.

Maraqlı     Baxılıb: 5931   Tarix: 05 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

turlar.az

kosmetika mehsullari qadın geyimi qaşların formalari daglar haqqinda infeksion xestelikler viktoriya sekret geyim dəbləri kosmetika ana haqqinda bayati baldiza aid haxisda qardasa aid haxistalar novruz bayramına aid hakışta sanama