Piridosksinin (vitamin B6) saçlara təsiri

Piridosksinin (vitamin B6) saçlara təsiriPiridoksin tərkibli maskalar saçlara qidalandırıcı və müalicəvi təsir göstərir. Saçlara qulluq vasitələrindən söhbət getdikdə piridoksin maskalarının tayı-bərabəri olmadığı qeyd edilir. Pridoksin (adermin) B qrup vitaminlərə aiddir. O suda yaxşı həll olunur və orqanizmin bərpa reaksiyalarının həyata keçməsində fəal rol oynayır. Piridoksinin zülal mübadiləsində, qan dövranının normallaşmasında, yaddaşın möhkəmlənməsində və saçların uzanmasında rolu böyükldür. Piridoksin tərkibli maskalar saçlar üçün çox faydalıdır. Maskanın hazırlanmasında istifadə edilən piridoksin apteklərdən ampul şəklində alınır. Amma, əvvəl B6 vitamininə qarşı allergiyanızın olub-olmamasına əmin olmaq lazımdır. Bu məqsədlə bir neçə damcı dərmanı dəriyə töküb bir-neçə dəqiqə gözləmək və dərinin verdiyi reaksiyaya diqqət yetirmək lazımdır.
Piridoksinin saçlar üçün faydaları aşağıdakılardan ibarətdir:
* tük diblərini möhkəmləndirir
* saçların əmələ gəlməini sıxlaşdırır və tökülmənin qarşısını alır
* saçlara sağlamlıq və parlaqlıq verir
* piridoksin saç dərisinin toxumalarına daxil olaraq tük köklərinin vitaminlə qidalanmasına səbəb olur
* kəpəyin əmələ gəlməsinin qarşısını alır
* saç dərisində olan geyişməni, qaşınmanı, quruluğu, qıcıqlanmaları aradan qaldırır
* piridoksinin sinklə qarışımı saçların böyüməsini sürətləndirir
* pridoksinin çatışmazlığı saçları cansız edir və bu zaman seboreya xəstəliyi əmələ gəlir, saçlar tökülür
1. Saçlar üçün pridoksin maskası
2 xörək qaşığı qırmızı bibər yağı və gənəcərçək yağına 2-3 ampul piridoksin, bir-neçə damcı A və E vitaminləri əlavə edilir. Maska saçları yumazdan 1 saat əvvəl yaxılır. Bu zaman maskanın tüklərin dibinə yeridilməsinə diqqət etirmək lazımdır. Maskanı sürtdükdən sonra saçları polietilen paketlə sarımaq və isti bağlamaq lazımdır. Maskanı saçlarda şampun vasitəsilə yuyarkən massaj edərək yumaq lazımdır. Maskadan sonra saçları dəsmalla və ya təbii yolla qurutmaq lazımdır. Qurutma zamanı fendən istifadə etmək olmaz.
2. Möhkəmləndirici maska
Hərəsindən 1 qaşıq olmaqla qırmızı istiot və gənəcərçək yağı, A, E,D vitamini götürülür və 2 çay qaşığı limon şirəsi, 3 çay qaşığı piridoksin əlavə edilir. Yaxşı qarışdırılaraq saçların diblərinə və saçlar uzunu sürtülür. Sonra saçlar polietilen paket və isti dəsmalla bükülür və 1 saat sonra massaj edərək şampunla yuyulur. Bu maskanı həftədə 2 dəfə təkrar etmək saçların dibinin möhkəmlənməsinə, saçların qidalanmasına və sağlamlaşmasılna səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1452   Tarix: 27 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

maskalar geymler 2026 toy makiyaji sekilleri əkizlər bürcü veten haqqinda atalar sozu ayaqqabı və çanta kolbasa hazirlanmasi kosmetika xanim.az sağlıq kondom nedir faydalı bilgilər baldiza aid