Pivə maskası ilə saçlarınıza fen vurmadan dümdüz saçlara sahib olacaqsınız!
Artıq hamı bilir ki, saçların ən böyük düşməni saç fenləri və kimyəvi maddələrdir. Siz də saçlarınızı düzləşdirmək üçün saç feninə və salonlarda tətbiq edilən müxtəlif prosedurlara müraciət edirsinizsə, diqqətli olun. Çünki bir müddət sonra saçlarınız korlanacaq - töküləcək, asanlıqla qırılacaq və ən əsası, öz parlaqlığını itirərək daha yaşlı görünməyinizə səbəb olacaq.
Əgər bunlarla üzləşmək istəmirsinizsə, Qadinsayti.az saytının AzadQadın.az-a istinadən təqdim etdiyi saçları düzləşdirən pivə maskasını sınaqdan keçirin.
Saçları düzləşdirmək üçün pivədən iki cür istifadə edə bilərsiniz.
Birinci üsul:
Bir stəkan pivəni ocaqda qaynadın. Qabın dibində yarım stəkan qalanda ocağı söndürün və pivənin soyumasını gözləyin. Daha sonra üzərinə yarım stəkan daim istifadə etdiyiniz şampundan tökün. Yaxşıca qarışdırın. Saçlarınızı həmişə bu pivəli şampunla yuyun.
İkinci üsul:
Saçınızı yuyun. Sonda pivə ilə durulayın.
Pivə tərkibindəki zülal və vitaminlər sayəsində saçları gücləndirir. Pivənin tərkibindəki spirt saçları təmizləyir və parlaqlıq verir. Daha yumşaq və asan daranan saçlara sahib olursunuz.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?