Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırır

Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırırBu gün dünyada insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də artıq çəki və piylənmədədir. Bir çox hallarda artıq çəkili insanlar Həkimlə məsləhətləşmə aparmadan müxtəlif vasitələrdən istifadə etməklə arıqlamağa cəhd edirlər. Nəticədə arıqlamaq əvəzinə, sağlamlığını itirənlər də olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, piylənmənin səbəbləri, insan orqanizmində əmələ gətirdiyi fəsadlar, müalicə yolları barədə sualları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov cavablandırıb. Həkim piylənmənin çox mürəkkəb patogenezə malik, tez-tez residivləşən xroniki bir xəstəlik olduğunu, dünya əhalisi arasında sürətlə yayılaraq dövrümüzün xəstəliyinə çevrildiyini bildirib.
- Piylənmənin əsas səbəbləri nələrdir?
- Piylənmənin səbəbləri olduqca çoxdur. Günümüzdə səbəbləri hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.
- Bəs kimlər piylənməyə məruz qalmış hesab olunurlar?
- Gündəlik həyatımızda rastlaşdığımız hər kök, şişman, artıqçəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz. Piylənməni təyin etmək üçün Bədən Kütlə İndeksi (BKİ) anlayışından istifadə olunur. BKİ bədən kütləsinin boy hündürlüyünün kvadratına bölünməsi ilə əldə olunur. BKİ 19-25 arası olduqda norma, 25-30 arası olduqda artıq kütlə, 30-dan çox olduqda isə, piylənmə kimi qiymətləndirilir. Piylənmə bir sıra ağır metabolik xəstəliklərlə də müşayiət olunur: II tip şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi və s. Bir məqamı da qeyd edim ki, bu gün dünya səhiyyəsi iki böyük problemlə üz-üzə qalıb: COVID-19 pandemiyası və piylənmə. Onsuz da piylənmə dünyada il ərzində 3-3.5 milyon insanın həyatına son qoyurdusa, bu gün onlar arasında COVID-19-a yoluxmaya görə ölüm faizi xeyli yüksəlib. Piylənməsi olan insan COVID-19-a yoluxduqda, onu müalicə etmək xeyli çətindir.
- Siz bunu nə ilə izah edərdiniz?
- Qeyd etdiyim kimi, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşib. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır. Bildiyimiz kimi, koronavirus xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması koronavirus üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yüksək olur, virusun yaşama müddəti uzanır və ölüm riski artır.
- Bəs piylənmə koronavirusa yoluxma riskini artırırmı?
- Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVID-19-a yoluxma riskini 6 dəfə artırır.
Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50 faizdən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Həmin amilin COVID xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də ilk növbədə həmin xəstələr hospitalizasiya olunmalıdırlar.
- Piylənmədən əziyyət çəkənlər hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?
- Piylənmədən əziyyət çəkənlərin normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə, nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.
- Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?
- 1990-cı illərdə dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə aparılması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu, bütün dünyada sübut olunub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.
- Bariatrik cərrahiyyənin nə kimi faydaları var?
- Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Həmin əməliyyatdan sonra isə qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, xəstələrin ömrü 10-12 il artır. Əməliyyatdan sonra ən yaxşı nəticə 80 faiz hesab olunur. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinəsi və konsultasiyasından keçir, onlara verilən proqrama il yarım-iki il əməl edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 26 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq