Plasebo effekti üçün beyində dəqiq nahiyə tapılıb

Plasebo effekti üçün beyində dəqiq nahiyə tapılıbPlasebo effekti Avropada XVI əsrin sonlarından məlumdur, XVIII əsrdən isə onu tibbi vasitə kimi ciddi nəzərdən keçirməyə başlayıblar. Alimlərin fikrincə, plasebo diabet və ya xərçəng xəstəliklərinin müalicəsində kömək etməyəcək, təzyiqi aşağı salmayacaq, damarlardan aterosklerotik düyünü götürməyəcək. Lakin hansısa simptomları həqiqətən aradan qaldırır. Məsələn, ağrıkəsici kimi təsir göstərə bilər. Plasebo effekti şüurla bağlı neyrobioloji proseslərin fiziologiyaya necə təsir etməsinin əyani illüstrasiyasıdır. Ali sinir fəaliyyətinə beyin cavabdehdir, deməli, beyində plasebo effektinin asılı olduğu mərkəzlər olmalıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sidney Universitetinin əməkdaşları orta yaş həddi 23 olan 13 kişi və 14 qadın ilə eksperiment aparıblar. Onların əllərinə qızdırıcı bağlayıblar, dəriləri yüngülcə yandıqdan sonra həmin nahiyəyə krem sürtüblər. Bu krem, əslində, adi vazelin olub. Lakin təcrübə iştirakçılarının bir qisminə bu kremin ağrını kəsəcəyi, digər qisminə ağrını artıracağı, üçüncü qrupa isə ağrıya heç bir təsir göstərməyəcəyi söylənilib. Yəni, vazelin bir halda plasebo, digər halda nosebo, üçüncü halda isə plasebo və nosebo effektlərini müqayisə edə bilmək üçün nəzarət maddəsi kimi təsir göstərməli idi. Təcrübə iştirakçılarının üçdəbirində ağrının azalma hissi (plasebo effekti), yarısından bir qədər çoxunda isə ağrının güclənməsi (nosebo) hiss edilib.
Funksional maqnit-rezonans tomoqrafiyanın köməyilə hər üç halda beyinin necə işlədiyini görmək mümkün olub. "The Journal of Neuroscience" nəşrində dərc edilmiş məqalədə bildirilib ki, həm plasebo effektində, həm də nosebo effektində uzunsov beyinin fəallığı dəyişib. Uzunsov beyin fizioloji proseslərin (o cümlədən tənəffüs və qan dövranı) çoxunu tənzimləyir və plasebodan istifadə olunanda o, aktiv işləməyə başlayıb, daha doğrusu aktivlik onun bir hissəsində baş verib.
Uzunsov beyin ağrı hissinin əsas tənzimləyicilərindən biri olan boz maddə ilə əlaqədardır. Uzunsov beyin nə qədər çox aktiv olduqca, boz maddə bir o qədər sakit işləyib. Nosebo effektində hər şey əksinə olub: uzunsov beyinin aktiv hissəsi zəifləyib, boz maddənin fəallığı isə artıb, görünür ki, ağrı hissi də artıb.
Bu, plasebo və nosebonun neyrobioloji xüsusiyyətlərinin öyrənildiyi ilk tədqiqat deyil. Lakin bu tədqiqat nəticəsində baş verənlərin daha ətraflı mənzərəsini əldə etmək mümkün olub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1052   Tarix: 01 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi