Porfiriya - vampirlər xəstəliyi

Porfiriya - vampirlər xəstəliyiVampirlər uydurma deyil. Vampirlər xəstəliyi həqiqətən mövcuddur. Bu "porfiriya" adlı çox nadir genetik pozulmadır.
Kinolarda göstərilən vampirlərlə bunun çox az əlaqəsi var. Pofriyadan əziyyət çəkənlər insanların qanını sovurmur, onların qeyri-adi qabiliyyətləri yoxdur, lakin onlar həqiqəqtən gün şüalarından qorxur.
Porfiriya zamanı xəstənin orqanizmində hemoqlobinin istehsalı pozulur ki, bunun nəticəsində orqanizmdə toksiki maddələr "porfirin"lər yığılmağa başlayı. Bu da müxtəlif pozulmalara səbəb olur.
Porfiriyanın əsas risk faktoru qan qohumları arasında nikahlar sayılır.
Porfiriya zamanı xəstənin dəri örtükləri günə qarşı çox həssas olur. Gün şüalarının təsirindən dəridə suluqlar, yaralar əmələ gəlir. Yaralar sağalanda yerində xəstəni eybəcər hala salan çapıqlar qalır.
Xəstəliyin gecikmiş mərhələlərində xəstənin dodaqları və dodaqlar ətrafında olan dəri quruyur, dişlər görünməyə başlayır, tünd qırmızı rəng alır.
Bu səbəbdən porfiriyadan əziyyət çəkənlər çölə yalnız qaranlıqda çıxmağa çalışır.
Xəstəliyin nəticəsində tək dəri deyil, həm də qığırdaqlar, xüsusilə burun və qulaq qığırdaqları, zədələnir, barmaqlar əyilir.
Həmçinin porfiriya xəstəliyinin simptomları arasında: güclü tüklənmə, sidiyin və nəcisin qırmızı rəngdə olması.
Porfiriya xəstələrində sinir sistemi pozulmaları da müşahidə olunur.
Sadaladığımız simptomlar porfiriyanın ağır formaları üçün xarakterlidir. Xəstəliyin yüngül formalarına daha tez-tez rast gəlinir. Belə formalarda xəstələrdə günə qarşı allergiya olur - dəri qızarır, qaşınır. Buna fotodermatoz deyilir.
Porfiriya xəstəliyini tam müalicə etmək mümkün deyil. Belə xəstələr dermatoloqda simptomatik müalicə alır. Xəstəliyin kəskinləşməsinin profilaktikası üçün xəstə özünü daim gün şualarından qorumalı, spirtli içkiləri qəbul etməməli, streslərdən uzaq olmalı, kimyəvi maddələrlə kontaktda olmamalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1478   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet