Prezidentin qızı sinəsini açdı - FOTO
Qırğızıstan prezidenti Almazbek Atambayevin ixtisasca dizayner olan kiçik qızı Aliya Şaqiyevanın sosial şəbəkələrdə paylaşdığı fotosu ölkədə səs-küy yaradıb.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, sinəsi açıq uşağını əmizdirərkən çəkilən fotoya istifadəçilər "siz axı prezident qızısınız, sinəni belə açmaq olmaz" kimi şərhlər yazıblar. Prezidentin qızı isə sosial şəbəkədə həmin fotosunu paylaşaraq onu tənqid edənlərə cavab verib:
"Bu paylaşımda mən iki səhvdən biri ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm. Birinci səhv: qadın sinəsinin seksuallaşdırılması. İkinci səhv: valideynləri yüksək vəzifə tutan insanların diskriminasiyası.
Qadın sinəsi uşağı əmizdirmək kimi vacib funksiyası olan bədənin bir hissəsidir və heç bir halda seksual obyekt deyil. Qadın sinəsi çoxlarımızın hesab etdiyi kimi vulqarlıq və ədəbsizlik predmeti deyil. Qadın sinəsinin ədəbsizlik və sekslə əlaqəli olmasına dair bizi uzun zamandır ki, inandırmağa çalışırlar. Bu ideya kinemotoqrafiyada, ədəbiyyatda, reklam industriyasında da təbliğ edilir.
Cəmiyyət sinəni seksuallıq, cəlbedicilik predmetinə çevirir, sonra da plastik həkimlərə müraciət edən qadınları qınayırlar.
Cəmiyyət deyir ki, analıq gözəldir, lakin süd verən qadına baxanda "fu, necə də utanmır" deyir. Qəribədir, deyilmi?
Burada günahkar yoxdur. Bu, dar çevrədir, hər kəs özündən başlamalıdır, öz düşüncəsindən və mən belə də edirəm".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir