Prezidentin qızları açılışda - FOTOLAR

Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət "Ulduzlar toplusu" sərgisinin açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.

Tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib.

Kolleksiyaçı Con Dodelandı və sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırıb.

"Ulduzlar toplusu" sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.
Prezidentin qızları açılışda - FOTOLARPrezidentin qızları açılışda - FOTOLARPrezidentin qızları açılışda - FOTOLARPrezidentin qızları açılışda - FOTOLAR

Xəbərlər     Baxılıb: 1841   Tarix: 07 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

qadin dunyasi yay geyimləri 2026 gelinlikler hamiləlik testi saç kəsimləri 2026 sizanaqlara qarsi maska payiz geyimleri kosmetika terezi zehmet ve zinet gözellik vətən haqqında bayatı hüzeyir hacibəyov