Professor Faiq Ağayevin həkimlər haqda fikrinə münasibət bildirdi

Professor Faiq Ağayevin həkimlər haqda fikrinə münasibət bildirdiXalq artisti Faiq Ağayev son paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib. Sənətçi statusunda qeyd edib ki "Tibb Universiteti məzunları 3 il müəllimlərini müalicə etsinlər, daha sonra həkim işləsinlər".
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla müğənninin səsləndirdiyi fikirlərlə bağlı azxeber.com-a açıqlama verib.
Professor bildirib ki, Azərbaycan səhiyyəsinə və həkimlərə qarşı cəmiyyətdə uzun müddətdir ki, mənfi münasibət var:
"Bu deyilənlərdə müəyyən haqq var. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, necə olur ki, Azərbaycan Tibb Universitetini bitirən həkimlərimiz gedib xarici ölkələrdə işləyə, orada aparıcı həkimlər ola bilirlər. Amma Azərbaycanda hamısı küncə sıxılıblar. Hansı ki, bu gün Almaniyada bizim xeyli həkimlərimiz var."
Professor vurğulayıb ki, bu, düzgün yanaşma deyil:
"Əgər bizim həkimlərimiz millətin gözündə yetərincə deyilsə, deməli hüquqşünaslar da, iqtisadçılar da yetərincə deyil. Təbii ki, tənqid olunacaq xeyli məqamlar var. Biz bunları yavaş-yavaş qaydaya salmalıyıq. Səhiyyəmizi elə vəziyyətə gətirməliyik ki, tamamilə, vətəndaşın xeyrinə çalışa bilsin. Hazırda bununla bağlı işlər gedir, İcbari Tibbi Sığorta da bu istiqamətdə atılmış mühüm bir addımdır".
 Gülşad İbrahimova

Şou Biznes     Baxılıb: 1251   Tarix: 27 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

turlar.az

sac duzumleri geyim dəbləri yemek reseptleri hüquqşünas xəyanət kişi xəyanəti hamiləlik həftələri kosmetika dolça əqrəb qardasa aid haxistalar novruz bayramina aid burclerin uygunlugu