Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı

Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladıİstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər üzrə kafedra müdiri Server Serdaroğlu yeni növ koronavirus epidemiyasından sonra saç tökülməsi probleminin artdığını qeyd edib.
Publika.az xəbər verir ki, professor mükəmməl genetikaya sahib olan insanlarda bir telin 5-6 il ömrünün olduğunu qeyd edib. Saç ifraz edən kökün daha sonra istirahət mərhələsinə keçdiyini bildirən Serdaroğlu bu müddətin 4 ay davam etdiyini bildirib:
"Hər gün təxminən 70-80 saç teli istirahətə getməli, yəni tökülməlidir. Tökülən saç teli 100-120-dən çox olarsa, problem var deməkdir. Qeyri-sağlam qidalanma, əməliyyat, stress, hormonal disbalans, sürətli köklük, bəzi dərmanlar və daxili orqan xəstəlikləri saç tökülməsinə səbəb ola bilər. Son günlərdə saç tökülməsi ilə əlaqədar klinikalarımıza müraciət edənlərin sayında ciddi artım var. Düşünürəm ki, koronavirus bu sayın artmasına təsir göstərir. Pandemiya dövründə istifadə edilən bəzi dərmanlar saç tökülməsini artıra bilər. Bundan başqa kişilərdə stressdən qaynaqlanan saç tökülməsində də şiddətlənmə var.
Bir çox insan uzun müddət evindən çölə çıxa bilmədi, bəziləri maddi çətinliklə üzləşdi, bəziləri işdən çıxarıldı. Yaşlıların və gənclərin sosial həyatı məhdudlaşdı. Bu müddətdə saç tökülməsinə səbəb ola biləcək bir çox stress faktorları meydana gəldi".
Professor qeyd edib ki, dəmir, fol turşusu, sink, B12 və biotin saçlara təsir edən vitamin və minerallardır:
"Qırmızı ət həftədə 2-3 dəfə yeyilməlidir. Ətin tərkibində həm B12, həm də dəmir var. Göyərti və tərəvəzlərin tərkibində fol turşusu olduğu üçün mümkün qədər çiy halda yeyilməlidir. Balıqda da fol turşusu var".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1992   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

qis geyimləri 2026 toy gecesi toy makiyaji sekilleri maskaların hazırlanması dirnaq berkiden maskalar aybaşının gecikməsi səbəbləri viruslar kosmetika suni mayalanma öpüşme eqreb gozde olar vusale elizade