Professor ŞOK FAKTLARI açıqladı: Bu tava və qazanlarda bişən yeməklər TƏHLÜKƏLİDİR

Professor ŞOK FAKTLARI açıqladı: Bu tava və qazanlarda bişən yeməklər TƏHLÜKƏLİDİRTürkiyəli professor Mustafa Tayar qazanların ən az yeyilən qidalar qədər əhəmiyyət daşıdığını söyləyib.
Publika.az xəbər verir ki, mütəxəssis keyfiyyətsiz və gigiyenadan uzaq qazanların ciddi sağlamlıq problemlərinə yol açdığını deyib.
Professor ŞOK FAKTLARI açıqladı: Bu tava və qazanlarda bişən yeməklər TƏHLÜKƏLİDİRMustafa Tayar qeyd edib ki, istilik keçiricilik qabiliyyətinin yüksək olması ilə tanınan mis qazan və tavaları istifadə edərkən qalaylanmış və cızılmamış olmasına diqqət göstərmək vacibdir.
"Çünki qalaylanmamış və cızılmış mis qazanlarda qurğurşun və civə kimi zərərli kimyəvi maddələr zəhərlənməyə səbəb ola bilər. Odur ki, mis qazanlardan sadəcə servis edərkən istifadə etmək daha doğru olacaq".
Mustafa Tayar daha sonra sözlərinə onu da əlavə edib ki, çox yüngül, güclü və çox yönlü olmasından dolayı alminium qazanlardan geniş istifadə olunur. Lakin professor vurğulayıb ki, belə qazanlar sağlamlığımız üçün təhlükəlidir: "Alüminium yüksək mexaniki davamlılığa malik olan metaldır. Lakin alüminium səviyyələrinin artması alzheymer daxil olmaqla, bir çox mərkəzi sinir sistemi xəstəliyinə səbəb olur. Alüminium qazanının adətən örtülkü olmasına baxmayaraq, bu örtüklər aşınmaya meyllidir və bu səbəblə də yoluxma riski yüksəkdir".
Keramika qazanlardan danışan ekspert fikirlərini belə ifadə edib:
"Keramika materialdan istehsal edilən mətbəx ləvazimatları həm yapışmazdır, həm də asanlıqla yuyulur. Bu baxımdan yapışmasından qorxduğumuz plov və makaron kimi yeməkləri bişirmək üçün bu qazanlardan istifadə etmək məntiqli olacaq. Təbii materialdan istehsal edilən və olduqca uzunömürlü olan keramika qazan və tavaların yeganə mənfi cəhəti qabyuyan maşında yumaq üçün əlverişli olmamasıdır. Çünki maşına girəndə rənginin çıxması ehtimalı yüksəkdir".
O, qeyd edib ki, ən təhlükəlisi teflon qazan və tavalardır:
"Ucuzluğundan və yapışmaz xüsusiyyətindən dolayı teflon qazan və tavaları çox satılır. Amma teflon materialdan istehsal edilən tava və qazan istifadə edərkən çox ehtiyatlı olun. Əgər dəmir çəngəl, qaşıq və ya bıçaq teflon tavanı cızıbsa, bu tavaların istehsalında istifadə edilən kimyəvi maddələr qidalara keçir və yeməklə birlikdə birbaşa orqanizmə daxil olur.
Diqqət çəkən ən mühüm məqamlarından biri də odur ki, teflon tavalar tərkibində olan və yapışmasının qarşısını alan bəzi kimyəvi maddələrin qalxanabənzər vəzinin fəaliyyətini poza bilcəyinə dair güclü araşdırmalar var. Çünki sübut olunub ki, tiroid xəstələrinin vəzilərində teflonda yer alan kimyəvi maddələr olur. Odur ki, bilavasitə teflonun tiroid vəzi ilə birbaşa əlaqəsi olduğunu söyləmək mümkündür".
Qranit və polad qazanlar haqqında maraqlı məlumatlar verən professor sözlərini belə yekunlaşdırıb:
"Təbii qranitdən emal edilən qazan və tavalar yapışmaz özəlliyi ilə yanaşı cızılmağa daha dayanıqlıdır. Qranit və polad qazanlar sağlamlıq baxımdan çox faydalıdır. Polad qazan və tavalar yeməklərin saxlanması üçün də yaxşı bir alternativdir".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2397   Tarix: 06 iyul 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu