Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?

Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?Qardaş Türkiyədə artıq 5 nəfərdə koronavirusun Hindistan ştammı aşkar olunub. Hindistanda ağır nəticələrə səbəb olan ştammın digər ölkərədə yayılması ciddi təşviş yaradıb. Cüt mutasiyalı Hindistan variantının COVID-19 peyvəndi olanlara və infeksiyanı keçirənlərə də təsir etməsi barəsində məlumatlar var. İddia olunur ki, vaksindən və yoluxmadan sonra orqanizmdə yaranmış antikorlar Hindistan ştammı qarşısında müdafiəsizdir.
Publika.az xəbər verir ki, türkiyəli infeksionist, professor Zafer Kurugöl Hindistan variantının digərlərindən fərqli olaraq ikiqat mutasiyaya sahib olduğunu bildirib. Həkimin sözlərinə görə, Hindistanda meydana mutasiyanın nə qədər təhlükəli olması barədə hələ dəqiq bir fikir söyləmək mümkün deyil:
"Hindistan ştammının vaksin olunan və virusa yoluxub sağalan insanlara mənfi təsir edəcəyindən çox narahatıq. Şəxs vaksin olunmasına və xəstəliyi keçirtməsinə baxmayaraq, yaranmış antikorların qoruyuculuğu effektivliyini itirə bilər. Qorxuruq ki, bu insanlar təkrar infeksiyaya yoluxa və ya hind ştammına qarşı müqavimət yaranmaya bilər. Hər halda bu şübhələrin nə dərəcədə həqiqətə uyğun olduğu bəlli deyil, qiymətləndirmələr davam edir. Ümid edirəm ki, zənn edildiyi kimi olmaz, amma olmaq ehtimalı var. Çünki Hindistanda çox sürətlə yayıldığını və ağır nəticələrə səbəb olduğunu gördük. İnfeksiyanı təkrar keçirənlər də var. Odur ki, vəziyyət gərgindir".
Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?Professor bildirib ki, vaksinasiya işləri sürətləndirilməzsə, yeni mutasiyalar ortaya çıxmağa davam edəcək:
"Mutasiyaya uğramaq virusun lehinə işləyir. Mutasiyaya uğramaqla virus özünü peyvəndə qarşı qoruyur, bəzilərinin müdafiəsini gücləndirir. Təəssüf ki, peyvəndlərin Hindistan ştammına qarşı effektsiz olma riski var. İngiltərədə, Cənubi Afrikada, Kaliforniyada da virusun yeni ştammları meydana gəlmişdi, amma bu, ilk murtasiyalarla müqayisədə daha qorxuludur. İngiltərə ştammı çox sürətli yayılan variant idi, amma həm vaksin, həm də xəstəliyi keçirənlər üçün hər hansı risk faktoru mövcud deyildi. Hindistan ştammının isə daha ciddi fəsadlara səbəb olacağı proqnozlaşdırılır.
Kifayət qədər peyvəndlənmə aparılmazsa və kütləvi immunitet təmin edilməzsə, infeksiya yoluxmağa davam edəcək və yeni variantlar ortaya çıxaraq peyvəndlərin daha az təsirli olmasına səbəb olacaq".
Türkiyədəki qapanmalardan söz açan həkim bildirib ki, bu, yoluxma və ölüm sayını azaldacaq:
Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?"17 gün sonra vəziyyəti yenidən dəyərləndirmək lazımdır. Yoluxma sayında istənilən nəticə əldə olunarsa, testlərdə pozitivlik səviyyəsi aşağı düşərsə, o zaman sərt qapanmalar yumşaldıla bilər. Qapanmalar Hindistan variantı kimi, digər mutasiyaların da qarşısının alınmasında effektiv olacaq. Dövlətin yerinə yetirməli olduğu tək iş vaksinasiyanın sürətləndirilməsidir. Hər kəs çox fədakarlıq göstərir. İstər iqtisadi, istərsə də psixoloji baxımdan 84 milyon insan əziyyət çəkir. Ölkə vaksin tədarükü mövzusunda da əlindən gələnir edir. Amma vaksin ehtiyatı barədə problemlər var.
Qapanma ilə birlikdə vaksinasiya işləri sürətlənərsə, İsrail kimi nailiyyət eldə edərik. Turizm mövsümünü də xilas edə bilərik, amma bunun üçün tələsməliyik. 17 günlük qapanma yetməyə bilər, uzadılmasının lazım olduğunu düşünürəm. Bəzi müəssisələrin fəaliyyəti davam edə bilər, amma hər yeri birdən açsaq, nəticələri ağır olar".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1552   Tarix: 29 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

qis geyimləri 2026 yemek reseptleri geyim seçimi atalar sozleri ve meseller intim məktəb günel facebook şirin xəmir işləri kosmetika narin faydasi brusell bakteriyası hakisdalar gozde olar pehriz