Professordan qəhvə ilə arıqlamağın təhlükəsi barədə XƏBƏRDARLIQ
Rusiya Federal Biotibbi Agentliyinin professoru, dietoloq Marqarita Koroleva arıqlamaq naminə həddən artıq qəhvə içməyin zərərli olduğunu bildirib. Ekspert qeyd edib ki, daha çox kalori yandırmaq üçün bu içkidən istifadə ciddi fəsadlara səbəb ola bilər.
Milli.Az xəbər verir ki, o, yağyandırıcı kimi gündə 8 fincan qəhvə istifadə etməyin ilk növbədə ürək problemlərinin şiddətlənməsinə səbəb olacağını vurğulayıb. Korolevanın sözlərinə görə, qəhvə az miqdarda içilərsə, arıqlamağa kömək edə bilər. Əsas odur ki, qatqısız olsun.
Bundan əvvəl Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin direktoru Dmitri Nikityuk mədə-bağırsaq və ya ürək-damar xəstəlikləri olan insanların qəhvə istehlakını azaltmalı olduğunu bildirmişdi. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir