Professordan XƏBƏRDARLIQ: "Qanınızın rəngi belədirsə..."

Professordan XƏBƏRDARLIQ: "Qanınızın rəngi belədirsə..."Bədəninizdəki bəzi simptomlardan oksigen səviyyəsinin aşağı olduğunu hiss edə bilərsiniz. Bu məsələ xüsusilə COVID-19 xəstəliyi səbəbi ilə son vaxtlarda gündəmədir.
Milli.Az xəbər verir ki, türkiyəli professor Muhammed Emin Akkoyunlu qandakı oksigen çatışmazlığının müxtəlif yollarla özünü göstərdiyini söyləyib. Qan rəngi ilə az oksigen arasındakı əlaqəni izah edən professor qeyd edib ki, qan rəngi və parlaqlığı oksigen səviyyəsindən asılı olaraq dəyişir:
"Məsələn, infarkt keçirdiyiniz zaman ürəyinizdəki damarda laxtalanma baş verir, sinənizdə təzyiq və əzginlik hiss edirsiniz. Bu, müəyyən bir toxuma və ya orqanda olan oksigen çatışmazlığına işarədir.
Ayaqlarda və ya qollarda arteriyalar dediyimiz oksigen ötürən damarlarda tıxanma baş verir ki, bu da nəticədə həmin nahiyədə göyərmənin meydana gəlməsinə səbəb olur.
Əgər qandakı oksigen miqdarı çoxdursa, yəni qan oksigenlə doyursa, açıq qırmızı görünür. Ancaq qan oksigen ilə doymayıbsa, yəni oksigen miqdarı yetərsizdirsə, tünd qırmızı görünür. Əslində, qana parlaq rəng verən oksigendir. Dırnaq uclarına və dodaqlara da rəng verən qismən parlaq qırmızı və tünd qırmızı qanın təzadlı olmasıdır".
Mütəxəssis bədəndəki bəzi siqnalların oksigen səviyyəsini göstərdiyini söyləyib:
"Dodaq, dırnaq və barmaq uclarımızdakı rəng bənövşəyi rəng alırsa, deməli, bu bölgədə oksigen çatışmazlığı var. Xüsusilə dodaqlar və barmaqlar bizim üçün çox vacibdir. Bu bölgələr bədənin kənar ətrafları olmasına baxmayaraq, ümumi oksigen çatışmazlığını ilk olaraq göstərir.
Məsələn, çox soyuq suya girib çıxdıqda bədən istiliyini artırmaq üçün damarlar büzüşür. Əllərə və dodaqlara çox qan axını olmur və oksigen azaldıqca qan rəngi tündləşməyə başlayır. Bütün bu əlamətlərin üşüyəndə baş verməsi normal və müvəqqətidir, lakin normal şəraitdə, soyuqdəymə olmadıqda, dodaqlarda və barmaqlarda tünd rəng varsa, ya qanda oksigen ötürülməsində, ya da qan dövranında problem var. Bu halda mütləq həkimə müraciət edin". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1915   Tarix: 22 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi yaz geyimleri 2026 silikon dodaq toy ucun dizayn qara qarağat 2026 qadın ayaqqabı modelləri kosmetika haxisdalar faydalı məsləhətlər paxlava masqalar gozde olar