Proteinouriya

ProteinouriyaProteinouriya zülalın sidik vasitəsilə orqanizmdən xaric olmasıdır.Bu zaman orqanizm üçün lazım olan zülal böyrəklərdən süzülmür,sidiyə qarışır və xaric olur.Sidiyin ümumi analizində zülalın miqdarının 0,03 mq-dan artıq olması proteinouriya hesab edilir.
Proteinouriyanın baş verməsinə bir çox xəstəliklər səbəb ola bilir,amma,əsasən böyrək xəstəlikləri zamanı orqanizmdən daha çox zülal xaric olur.Zülalın orqanizmdən xaric olunmasına səbəb olan böyrək xəstəlikləri bunlardır:
- böyrəklərin müxtəlif toksiki maddələrlə zədələnmələri(dərman preparatları,ağır metal duzları,bitki zəhərlənmələri,narkotiklər,nikotin və s.)
- qlomerulonefrit
- pielonefrit
- böyrəklərin polikistozu
- nefrit
- böyrəkdaşı xəstəliyi
Orqanizmdən zülalın xaric olunmasına səbəb olan digər xəstəliklər
- amiladoz
- durğunluğa səbəb olan ürək çatışmazlığı
- hipertoniya
- şəkərli diabet
- hamiləlik
- qırmızı qurdeşənəyi xəstəliyi
Bəzi hallarda heç bir xəstəlik olmadan da sidikdə zülal ola bilir.Bu adətən 65 yaşdan yuxarı adamlarda müşahidə edilir.
Sidikdə zülal aşkarlanan zaman mütləq həkimə müraciət etmək lazımdır.Amma, proteinouriya zamanı bəzi qaydalara əməl eləmək lazımdır.Bu qaydalar aşağıdakılardır:
- arterial təzyiqi normada saxlamaq
- çəkini normaya salmaq
- şəkər xəstəliyi zamanı qanda şəkərin miqdarını normada saxlamaq
- vaxtaşırı sidikdə zülalın miqdarını yoxlatmaq
Orqanizmdən sidiyin xaric olunmasına başqa xroniki proseslər də səbəb ola bilir.
Bu səbəblərə görə proteinouriyanın aşağıdakı növlərə ayırırlar:
- alimentar proteinuriya(zülallı qida qəbulundan sonra baş verir)
- mərkəzləşmiş(epilepsiya tutmalarından sonra baş verir)
- emosional(psixoloji streslərdən sonra baş verir)
Bəzi hallarda proteinouriya həyat üçün təhlükəli ola bilir.Bunun baş verməməsi üçün sidiyin ümumi analizində zülal göründüyü zaman həkimə müraciət etmək lazımdır.Sidikdə həddindən çox zülal olduqda xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
-yüksək arterial təzyiq
-qısamüddətli huşun itməsi
-nəfəsalmada çətinlik
-sidiyəçıxma zamanı çətinliklər
Uzun müddət sidikdə zülalın olması böyrək çatışmazlığına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1471   Tarix: 17 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma