Psixi status

Psixi statusPsixi status aşağıdakı istiqamətdə aparılır:
1. Xəstə ilə söhbət
2. Xəstə haqqında psixi statusun yazılması
3. Xəstə ilə mütəmadi olaraq söhbər apararkən lazım olan suallara cavab almaq. Bu zaman xəstəyə diqqətlə yanaşma tələb olunur və aşağıdakılar diqqqətlə yoxlanılır:
3.1 xəstənin patoloji vəziyyəti
3.2 davranışa diqqət yetirmək
3.3 düşüncənin vəziyyəıti
3.4 qavranışın vəziyyəti
3.5 yaddaşın vəziyyəti
3.6 diqqətin vəziyyəti
3.7 emosiyaların vəziyyəti
3.8 digər xəstəliklər
1. Xəstə ilə söhbət.
Psixi statusu aydınlaşdırmağa çalışarkən xəstəylə söhbət edən zaman çoxlu suallar verərək onun psixi vəziyyyətini öyrənmək mümkündür. Psixi xəstəliyi olan adamla uzun müddət söhbət etmək mümkün olmur. Bu səbəbdən də mütəxəssis salışıb qısa bir zamanda nə dəqər çox sual verərsə, onun psixi vəziyyəti barədə çox məlumat əldə edə bilər.
Kliniki-psixoloji üsullarla xəstənin psixi statusunu müəyyən etmək mümkündür, amma bəzi məlumatları söhbətlə əldə etmək daha faydalı olur.
Həkim xəstə ilə söhbət edərkən onunla incə rəftar etməlidir. Xəstəyə kobudluqla, istehza ilə yanaşmaq olmaz. Söhbət zamanı həkim xəstəyə açıq şəkildə suallar verməli və ondan cavab almağa çalışmalıdır. Bu zaman həkimdən xəstəliklərlə bağlı terminlər (depressiya, halyusinasiya, əsəbilik, gərginlik və s.)işlətməmək tələb olunur.
2. Xəstə haqqında psixi statusun yazılması.
Psixi status xəstə ilə olan söhbətə əsaslanaraq yazılır. Psixi status dəqiq, psixi terminlər istifadə etmədən yazılmalıdır. Bunda məqsəd digər sahə üzrə ixtisaslaşmış həkimlər statusu oxuyan zaman çətinlik çəkməməsidir.
Psixi status yazan zaman xəstənin vəziyyəti, psixi fəaliyyəti, ondan alınan məlumatlar və emosional vəziyyəti qeyd edilir.
Psixi status yazan zaman xəstənin keçirdiyi xəstəliklər və onun ətrafında yaşayan adamların xəstə haqqında dedikləri də yazılır. Xəstə yaxınlarının xəstə haqqında söylədikləri ən vacib məlumatlardan hesab edilir.
Xəstə haqqında psixi status yazdıqdan sonra onun diaqnozunun və xəstəlik əlamətlərini tibbi terminlərlə sonda qeyd eləmək lazımdır. Xəstəyə 2 üsulla diaqnoz qoyulur: somatik və nozol.
Patoloji halın təyin edilməsi.
Xəstənin halının necə olmasını öyrənmək üçün ondan ilin hansı fəslində yaşadığını, ad və familiyasının nə olduğunu, hansı ildə, hansı ayda və gündə yaşadığı, harada və nə üçün olduğu barədə suallar verilir.
Xəstənin huşu onu bu hala salan somatik xəstəliklər səbəbində də meydana çıxa bilər. Xəstənin bu bərədə məlumatlı olması isə onun vəziyyətinə birbaşa təsir edir. Xəstənin psixoz halı kəllə-beyin travmaları, şizofrenik proseslər, intoksikasiyalar səbəbindən meydana çıxdığı üçün müxtəlif cür olur.
Psixi status toplayan zaman xəstəyə aşağıdakı suallar verilir:
* Adınız nədir?
* Peşəniz nədir?
* İndi günün hansı saatıdır?
* İlin hansı fəslidir?
* Həftənin hansı günüdür?
* Harada yaşayırsan?
* Sizi əhatə edən yer nəyə bənzəyir?
* Sizin ətrafınızda kimlər var?
* Sizə nə olub?
* Nədən xəstəxanaya düşmüsünüz?
* Sizə kömək lazımdırmı?
* Sizi nə narahat edir?
* Nə haqqında düşünürsünüz?
* Ürəyinizdə nələr var?
* Sizin ətrafınızda ağ xalatlı insanlar var. Onlar niyə sizin yanınızdadırlar?
* Sizə niyə iynə vururlar?
* Evinizə getməyə kimlər mane olur?
* Siz özünüzü xəstə hesab edirsinizmi?
* Sizin gözünüzə nələrsə görünür?
* Sizi bu hala salan nədir?
Psixi status yazan zaman xəstənin geyiminə, üz quruluşuna, davranışına, oturuş qaydasına diqqət yetirilməlidir. Bunlar xəstənin ümumi psixi vəziyyətinin nə halda olmasının göstəricisidir. Bu əlamətlər xəstənin depressiv vəziyyətindən xəbər verir. Psixi status yazarkən xəstənin oturuşu, duruşu, danışıq tərzi də mütəxəssisin diqqət mərkəzində olur.
Xəstənin sosial və ya asosial olması da onun psixi statusunda aydın yazılmalıdır.
Psixi status yazan zaman həkim xəstənin qeyri-adi hərəkətlərinə diqqət yetirməlidir. Belə ki, əksər xəstələrdə (əsasən qadınlara) uzun müddət psixoz əleyhinə dərman qəbul etdikdən sonra müəyyən hərəkətlər meydana çıxır. Bu özünü ağızın çeynəyici və sorucu hərəkətləri, fərqli əl hərəkətləri, gözləri oynatmaq, üz-göz turşutmaq şəklində özünü biruzə verir.
Psixi status yazan zaman həkim xəstədə halyusinasiyaların olub-olaması barədə məlumat toplamalıdır. Həkim məlumat toplayan zaman xəstə ilə ehtiyyatla davranmalı və xəstəni həyəcanlandırmamalıdır. Xəstəyə aşağıdakı suallarla müraciət etməklə məlumat toplanmalıdır:
* Siz qəfildən səs və ya sözlər eşidirsinizmi?
* Siz qəflətən yanınızda kiminsə olduğunu hiss etmisinizmi?
* Eşitdiyiniz səslərin sizin hərəkətlərinizə və fikirlərinizə təsiri varmı?
* Eşitdiyiniz səslər sizə nə deyir?
Psixi status yazan həkim müxtəlif suallarla xəstənin eşitdiyi səslərlə dialoqa girdiyini öyrənməli və qeyd etməlidir.
Yuxarıda yazılanlardan başqa psixi status yazan zaman xəstənin yaddaş, fikir, düşüncə tərzi, dünyaya baxışı, dinə inancının olub-olmaması, dünyaya baxışı, özünə qarşı münasibəti barədə də məlumatlar öyrənilib qeyd edilməlidir. Məlumatda hətta xəstənin öz daxili xəstəliklərinə və xarici görünüşünə qarşı münasibəti barədə məlumatlar yazılmalıdır. Psixi status xəstənin psixi vəziyyəti barədə hər şeyi əks etməlidir.
Psixi statusda xəstənin qorxuları, qorxduğu xəstəliklər, ətraf mühitə qarşı səsi və mimikası ilə verdiyi reaksiyalar, həyəcanları öz yerini tutmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1322   Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 geyim seçimi qaşların formalari displaziya geyim necə seçməli sandal ayaqqabilar balaca qablarda keks kosmetika sirin qogal həmidə nağıllar azerb clpaq qadinlari 8 mart