Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərirUzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilən tanışlıqlarda yaşanır. Qurbanların əksəriyyəti isə qadınlardır.
Bəzi kişilər virtual aləmdə tanış olduqları qadınlardan bir müddət sonra çılpaq şəkillər istəyir. Çox vaxt qadın təcrübəsizlik edərək onun bu istəyini həyata keçirir. Sonda isə göndərdiyi şəkillər qadını şantaj obyektinə çevirir. Beləliklə, qarşı tərəf onu hədələyərək külli-miqdarda pulunu mənimsəyə bilir. Analoji situasiyalarda qadınlar özünü necə qorumalıdır ki, sonda qurbana çevrilməsinlər? Bu mövzu ilə bağlı "Yeni Sabah"a danışan psixoloq Aytən Ələkbərova bir sıra nüanslara toxunub. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün insanlar yeniyetmə vaxtlarından cinsəl tərbiyə mövzusunda maarifləndirilməlidirlər:
"Belə məsələlər səbəbindən psixoloqa müraciət edən qadınlar çoxdur. Cavan və subay qız pasientlərim mənə gəlib deyir ki, Aytən xanım, sanki mən hər dəfə eyni səhvi edirəm. Bildirirlər ki, qarşı tərəflə münasibətə başlayandan bir müddət sonra oğlan həmin qızdan sözügedən fotoları atmasını tələb edir, atmadıqda isə soyuyub, uzaqlaşmağa başlayır. Qızlara və qadınlara belə adamlar tərəfindən bir fikir aşılanır ki, əgər sən mənə istədiklərimi virtual olaraq verə bilmirsənsə, sənə xəyanət etməyə məcburam. Bəzən elə olur ki, yeniyetməlik dövründə, şagirdlər arasında bu kimi hallar baş verir. Onda insanlar düşünür ki, uşaqdır, virtual sevgi yaşayır. Ancaq bu məsələlərə yeniyetməlik dövründən diqqətlə yanaşılmalıdır. Uşaqlara cinsəl tərbiyəni öyrətmək bu baxımdan çox vacibdir. İlk olaraq, mövqeyimiz bundan başlayır ki, əsl kişi keyfiyyətlərini yeniyetmələrdə 2 yerə bölürük: özü üçün olan ləqayət və hamı üçün olan ləyaqət. Təbii haldır ki, kiçiklərdə özü üçün olan ləyaqətin içində onun qüvvətliliyinə, cəsarətinə və iradəsinə inam hissi yaranmalıdır. Daha sonra ətrafında tanıdığı insanları qorumağı uşağa aşılamaq lazımdır. Bu qoruma isə şiddətlə yox, sadəcə olaraq, mühafizəkar addımların atılması ilə izah olunmalıdır".
Ekspert vurğulayır ki, qadınlar emosional bağlarını qoruya bilmədikdə belə halların qurbanı olurlar:
"Hazırkı gənclərə, hətta orta yaş qrupunda olan insanlara aid olan qadınları misal göstərə bilərik ki, kimi ailəsindən ayrılır, ya da həyatda bəxti gətirməyib. Biz bilirik ki, hər evli qadın xoşbəxt deyil. Məsələn, hər hansısa bir insanla virtual tanışlıq başlayırsa, təzə tanış olduğu insana bir müddət onu incidən səbəblər və hadisələr haqqında bəhs edir. Ləyaqətini ayaq altına atan kişi isə bu məlumatlardan istifadə etməyə başlayır. "Gecə sindromu" deyilən bir anda, gec vaxtlarda pıçıltı ilə danışılan mövzular zamanı hər iki tərəf elə bir atmosferə düşür ki, bəzən bir-birinə uyğunsuz məzmunda şəkillər göndərməyə başlayırlar. Qadın həmin adama şəkil göndərməyəndə isə kişi küsür və xanımdan üz döndərir. Özünü güclü hesab edən bəy danışdığı xanımı həmin şəkillərlə şantaj etməyə başlayır. Amma burada önəmli məqam var. Hər bir qadın bilməlidir ki, əgər həyatındakı adam onu ciddən sevirsə və hörmət edirsə, ondan çılpaq məzmunlu şəkil göndərməyini istəmir. Bunu edən şəxsin nə dost, nə də yoldaş ola bilməsi mümkün deyil. Sadəcə, qadınlar emosional bağlarını qoruya bilmədikləri üçün bu tələyə düşürlər. Bunun adı şüursuz addımdır. Belə olan halda heç bir irəliləyiş gözləmək mümkün deyil".
Psixoloq bu kimi hadisələr barədə maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu da qeyd edib:
"Belə hadisələr ortaya çıxandan sonra qınaqlar və iradlar başlayır. Ancaq düşünmürük ki, bunları kim edir. Məncə, ailəsindən gözəl və yerində tərbiyə alan oğlan, kişi adını daşıyan şəxs bunu etməz. Bu adamın həyat yoldaşı, qızı və bacısı olmaya bilər. Amma onu bir ana dünyaya gətirib. Belə davranışlar, ilk növbədə anaya hörmətsizlikdir. Son olaraq isə bunu bildirmək istəyirəm ki, şantaj yolu ilə danışdığı qadından pul tələb edirsə, burada artıq nə mənəviyyat, nə ləyaqət, nə də özünəhörmətdən danışmaq olar. Sevginin ehtiras üzərində qurulması doğru hal deyil. Belə olduğu təqdirdə isə sözügedən duruma düşmək qaçılmazdır. Bunun üçün məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirilməli və insanlar məlumatlandırılmalıdırlar".
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3491   Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

geymler 2026 maskalar yaz geyimleri 2026 dondurmalar hiperaktiv usaqlarin mualicesi cinsi mövzular pustenin faydalari kosmetika azerbaycanli is adami amerikada gullelendi narin faydasi kokelmek qardasa aid haxistalar suni mayalanma