Pulmonoloq: "Maskalar insanları boğmur, bu, psixoloji faktordur"

Pulmonoloq: "Maskalar insanları boğmur, bu, psixoloji faktordur""Açıq havada maska taxmaq ciyərlərimizin durumuna mane olmur. Bizim yanımızdan keçən hər bir kəs potensial COVID xəstəsidir. Pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur. Bu səbəbdən açıq havada da maska taxmaq məcburi oldu".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu xəbər verir ki, bunu həkim-pulmonoloq Günay Əliyeva deyib.
Onun sözlərinə görə, maskalar insanları boğmur, bu, psixoloji faktordur: "Saturasiyanı yoxlasaq, hər birimizdə maska taxıldığı halda belə 98 faizdir. Maska heç kimə nəfəs almağa mane olmur, sadəcə allergiyası olanlarda hava quruluğu, boğazda qıcıqlanma kimi şikayətlər yarana bilər. Bunu da həmin şəxs tam tək olduğu məkanda su içərək bərpa edə bilər. Bu, maska taxmamaq üçün səbəb deyil, bəhanədir.
Hər zaman deyirik ki, ola bilər peyvənddən sonra da maskaya ehtiyac qalsın. Avropada qapalı məkanda hər kəsin maskataxma məcburiyyəti olan araşdırma aparıblar. Bunun yoluxma sayına ciddi təsiri görünmüşdü. İki insan maska taxırsa yoluxma ehtimalı 1 faiz təşkil edə bilər. Yəni, 100 insandan biri yoluxa bilər. Bu, böyük rəqəmdir".
Həkim qeyd edib ki, koronavirusa yoluxma sayları artdıqca, asimptomatik, yüngül xəstələrin evdə müalicəsi olunması qərarı alındı. Bu, həm insanların xəstəxana fobiyasını, həm də səhiyyənin yükünü azaltdı: "Bir koronavirus xəstəsinin 20-25 nəfəri yoluxdura biləcəyini düşünsək, o, bir dəfə xüsusilə maskasız çölə çıxarsa, ətrafındakı sağlam insanlar maska taxmasına baxmayaraq, 70 faiz halda onları yoluxdura bilər. Aktiv koronavirus xəstəsinin maska taxması da yoluxma ehtimalını aradan qaldırmır. Hazırkı gündəlik yoluxma sayının 4 mindən çox olmasında, virusun geniş yayılmasında aktiv xəstələrin payı çoxdur. COVID xəstələrinin çölə çıxması birbaşa cinayət məsuliyyətidir.
Bəzi vətəndaşlar qızdırması olan kimi koronavirusdan şübhələnir, lakin test vermək yerinə, heç bir həkim təyinatı olmadan kompüter-tomoqrafiyası müayinəsindən keçir. Bu, çox yanlış qərardır. KT yetəri qədər informativ və böyük müayinə üsuludur. Bu, PZR qədər zərərsiz deyil. PZR müayinə zamanı burun-boğaz boşluğundan yaxma götürülməsi nəticəsində koronavirusa yoluxub-yoluxmamaq müəyyənləşdirilir. PZR zərərsiz müayinə üsuludur. KT hər gün edəcəyiniz müayinə üsulu deyil. Həmin müayinə üsulu hamilələrə tətbiq olunmur, 20 yaşadək vətəndaşların KT olunması tövsiyə edilmir. Xəstə yoluxduğundan şübhələnirsə, ilk olaraq həkimə müraciət etməli və PZR müayinədən keçməlidir. Əgər PZR testinin nəticəsi neqativdirsə, lakin şikayətləri davam edirsə, o zaman rentgen müayinədən keçə bilər. Rentgen özü yetəri qədər informativ müayinə üsuludur. Rentgen müayinə üsulu ilə pnevmoniyanı çox rahat aşkar etmək mümkündür. Yalnız həkimin müəyyən şübhələri qaldığı zaman, yanaşı hər hansı bir vəziyyətin dəyərləndirilməsi üçün KT müayinəsinə həkim təyinatı ola bilər. Vətəndaş özbaşına müayinəyə getməməlidir. Koronavirusa yoluxan bəzi xəstələrin şikayətləri əsasında rentgen müayinə təyin olunur. Müayinə nəticəsində COVID-19 səbəbli pnevmoniya aşkarlanırsa, ona uyğun müalicə təyin olunur. Müalicə bitdikdən sonra təkrar test verilir. Test neqativ olsa belə, təkrar rentgen çəkilməlidir ki, ciyərlərin vəziyyəti qiymətləndirilsin. Pnevmoniyanın tam sorulması və ya orda qalıq qalması, köməkçi əlavə müalicəyə ehtiyac olub-olmaması müəyyənləşdirilməlidir. Pnevmoniya ağciyər toxumasının zədələnməsi deməkdir. Bu, heç də asan bir diaqnoz deyil".
Həkim-pulmonoloqun sözlərinə görə, ağciyərləri dəyərləndirmək məqsədilə KT zamanı aşkarlanan zədələnmə zonasının faizi xəstənin ağırlığını tam ifadə etmir. İyirmi faiz zədələnmə ilə belə daha ağır klinik göstəricilərə malik xəstələr ola bilər. Onu ağırlaşdıran amillər var. Xəstənin vəziyyəti sadəcə, zədələnən sahənin ölçüsünə görə qiymətləndirilməməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1383   Tarix: 13 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma