Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?
Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
Səhih hədislərə görə qadın cənnətdə sonuncu həyat yoldaşı ilə birlikdə olacaq. Bu barədə Peyğəmbərə (salləllahu əleyhi və səlləm) aid bir hədis vardır. Peyğəmbərimiz (salləllahu əleyhi və səlləm) bu barədə belə buyub: "Hansı qadının, əri ölər və ondan sonra evlənərsə o, cənnətdə (dünyada olan vaxt nigahında öldüyü) son ərinin həyat yoldaşı olar". (Sahihul-Cəmi", 704).
Ummu Dərdanın (Allah ondan razı olsun) əri Əbu Dərda (Allah ondan da razı olsun) öldükdən sonra Muaviyə ibn Əbu Sufyan (Allah onların hər ikisindən də razı olsun) evlənmək üçün ona elçi göndərdi. Ummu Dərda (Allah ondan razı olsun) isə ona belə cavab verdi: "Mən Əbu Dərdadan (radıyəllahu anhu) eşitmişdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdi: "Hər bir əri ölmüş qadın, ondan sonra ərə gedərsə, cənnətdə sonuncu əri ilə bərabər olar". Buna görə mən Əbu Dərdanı (radıyəllahu anhu) sənə dəyişmək istəmirəm". (ət-Tabərani).
Həmçinin, Uca Allah buyurur: "Onlar üçün Axirət yurdu - əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24).
mənbə: zikr.az
f Paylaş







8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
Bahalı saatı gündəm oldu
62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
Qəhvə sevənlər bunu mütləq oxusun
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma