Qadın boşanmaq istədi, əri isə görün nə etdi

Qadın boşanmaq istədi, əri isə görün nə etdiSevgi – kifayət qədər çətin məsələdir. Bəziləri birlikdə olmağın asan olduğunu iddia edirlər, amma bu heç də belə deyil. Əgər cütlük problemlərini birlikdə həll etmək istəsə bu asan ola bilər, amma onların buna razılaşması da çətin məsələdir.

5 il birlikdə evlilik həyatı yaşayan qadın ərindən boşanmaq istədiyini bildirib.

"Ərim mühəndisdir. Biz 5 ildir ki, evliyik. Bu barədə etiraf etmək istəməsəm də, deməliyəm ki, mən artıq yorulmuşam. Onun xasiyyətini və hisslərini sevirəm. Amma münasibətlərimizin əvvəlki kimi olmadığını da hiss edirəm.

Söhbət münasibət və hisslərdən gedəndə mən çox sentimental qadın oluram. Romantikanı sevirəm və ərimin tam əksiyəm. O hisslərini ifadə edə bilmir, onun romatik olmaması məndə sevgimizə şübhə oyadır. Artıq bir dəfə boşanmaq istədiyim haqda ona deidim.

"Niyə?" — o məyus halda soruşdu.

"Yorulmuşam, evliliyimiz məni ruhlandırmaq əvəzinə, məni tükəndirir", — deyə cavab verdim. O susdu.

Bütün gecəni danışmadı. Onun susqunluğu mənim ümidsizliyimi daha da artırdı: məni sevən insan öz hisslərini ifadə edə bilmirdi.

Nəhayət o soruşdu: "Səni fikrindən daşındırmaq üçün nə edə bilərəm?"

Əvvəlcə nə cavab verəcəyimi bilmədim: nə isə etmək istəməklə siz başqasının qərarını dəyişdirə bilməzsiniz. Ümidsizlik hiss etdim. Diqqətlə onun gözlərinə baxaraq sakitcə dedim: "Bir sualım var. Əgər ona cavab versən və məni inandıra bilsən, bəlkə fikrimi dəyişə bilərəm. Deyək ki, mən yüksək qayalığın üstündə bitən çiçəyi istəyirəm, amma bilirik ki, sən onu dərsən öləcəksən. Bunu mənim üçün edərdin?"

O bir qədər fikirləşdi və cavab verdi: "Buna sabah cavab verəcəm ". Yenə ümidsizlik ətrafımı sardı.

Növbəti səhər oyananda, onu yanımda görmədim. Stolun üstündə 1 stəkan süd və kağız tapdım. O belə başlayırdı: " Mən o gülü səninçün dərməzdim, amma xahiş edirəm səbəbini izah etməyimə icazə ver....". Ürəyim sıxılsa da oxumağa davam etdim.

" Hər dəfə sənin kompüterində problem çıxanda onu düzəltmək üçün əllərim mənə lazımdır. Sən hər dəfə açarları evdə unudursan, buna görə də evə qayıdıb qapını açmaq üçün ayaqlarım mənə lazımdır. Yeni şəhərlərə gedəndə, sən həmişə yolu itirirsən. Sənə yolu göstərmək üçün gözlərim mənə lazımdır. Hər dəfə bədənin ağrıyanda səni sakitləşdirmək üçün əllərim mənə lazımdır.

Darıxmamağın üçün sənə əyləncəli hadisələr danışmaq üçün dodaqlarım mənə lazımdır. Gözlərin zəif olduğu üçün mənim gözlərim mənə lazımdır, çünki əllərindən tutub çimərliyə enə bilim və sən günəş şüalarından və qumdan zövq ala biləsən.

Sənin həyatında səni hər kəsdən çox sevən insan olmasa, mən sənə yalandan söz verə bilmərəm ki, həmin çiçəyi sənə dərib ölə bilərəm…"

Pilləkənlərlə aşağı qaçdım. Çaşqın halda dayansa da, məni görcək gülümsədi.

Həmin an dərk etdim ki, heç kim məni onun qədər çox sevmir. Elə həmin vaxtdan qayadakı çiçəyi də rahat buraxdım.

Sevgi ilə əhatələnəndə, xoş həvəs hissi keçib gedə bilər, amma o itmir. Unuduruq ki, əsl sevgi – sülh və sakitlik arasındadır. Sevgi müxtəlif formalarda təzahür edir. Çiçəklər və romantika – bu yalnız sevginin görünən tərəfidir. Amma sevginin bünövrəsi bizim həyatımızdır.

Ailə və Uşaq     Baxılıb: 3391   Tarix: 12 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

turlar.az

donlar 2026 makiyaj instagram reseptler manqal salati fitnes klubu kostyum modelleri 2026 baliq yagi kosmetika qu quşu birlik google şirin qoğal əqrəb