Qadın həyatını məhv edən hormonal pozğunluq

Qadın həyatını məhv edən hormonal pozğunluqSon bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur.
Milli.Az xəbər verir ki, daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur.
Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin qeyri-normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.
Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.
Xəstəliyin əmələ gəlmə səbəblərini, ilkin əlamətlərini və ondan qorunmağın yollarını təqdim edirik:
Əmələgəlmə səbəbləri:
· Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
· Düzgün qidalanmamaq
· "Fast-food" qidalarından çoxlu istifadə
· Soyuqlama
· Oturaq həyat tərzi
· Stress
Hormonal pozğunluq zamanı insanda
· Güclü başağrısı olur
· Təzyiq artır
· Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
· Başgicəllənmələr başlayır
· Susuzluqdan əziyyətçəkmə
· Tez-tez boğaz ağrıları olur
· Zəifləyir
· Anemiya baş verir
· Bədəndə tüklər əmələ gəlir
· Əl və ayaq daim soyuq olur
· Hər şeydən iyrənir
· Tez-tez əsəbiləşir
· Aylıq tsikl pozulur
· Tez-tez depressiyaya düşür
· Süd vəziləri balacalaşır
· Qanaxmalar olur
· Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
· Kökəlmə baş verir
Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.
Qadınların qorxulu yuxusu - piylənmə
Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. "Artıq çəki"ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar.
Qadınlar da  idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.
Tüklənmə
Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının - testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.
Əgər hormonal pozğunluq varsa:
· Qaynar çay və kofe qəbulunu azalt
· Çox duzlu yemə
· Üzüm, ərik qurusu, çipsi yemə
· Az şokolad ye
· Çox yağlı yeməklərdən uzaq olmağa çalış
· Spirtli içkidən uzaq ol
· Ədviyyat və istiotlu yeməklər sənə ziyandır (Axşam.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1107   Tarix: 17 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

turlar.az

gelinlikler həkim məsləhəti sade makiyaj sekilleri salatlarin bezenmesi maraqli sitatlar uşaq xəstəlikləri lasyon hazirlanmasi kosmetika aybawi veten haqqinda atalar sozu yemek reseptleri novruz bayramina aid hakista veten