Qadın sağlamlığına mənfi təsir edən amillər

Qadın sağlamlığına mənfi təsir edən amillərYalnız sağlam insan özünü xöşbəxt hiss edə bilər.
Sağlamlığı qocalığa kimi saxlamaq mümkündür. Həkimlər daim təkrar edir ki, insan orqanizmi çox davamlıdır və müəyyən qaydalara əməl etdikdə sağlamlığı ahıl yaşlara kimi qoruyub saxlamaq mümkündür. Bəzən adi gündə etdiyimiz hərəkətlər, gödüyümüz işlər bizim sağlamlığımızı korlayır və sonra biz təəccüblə həkimlərdən soruşuruq - bu xəstəlik məndə niyə əmələ gəldi? mən nəyi düz etmədim?
Burada biz qadın sağlamlığına mənfi təsir edən bəzi amilləri sadalamaq istəyirik.
1. Təmizkarlıq çox yaxşı xüsusiyyətdir. Lakin bəzən təmizkarlıq qadınlarda sanki xəstəliyə çevrilir. Qadın buna ciddi səbəb olmadan evini daim təmizləyir, yuyur, yığışdırır və bu zaman çoxsaylı kimyəvi vasitələrindən istifadə edir. Həkimlərin fikirinə  görə, qadınlar arasında kişilərlə müqayisədə daha çox yayılmış astma, müxtəlif allergik, autoimmun xəstəliklərinin səbəblərindən biri məhz onların orqanizminə kimyəvi vasitələrin daim təsiridir.
2. Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün çox ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.
3. Dar cins şalvarlar və beldən aşağı olan şalvarlar sidik kisəsini, bağırsaqları, qadınların cinsiyyət orqanlarını saxır, bu orqanların qanla təchiz olunmasını pozur, müxtəlif pozulmmaların inkişafına təkan verir.
4. Qadınlar tez-tez dizləri üzərinə ağır əşyaları (çantalar və s.) qoyur, uşaqları əyləşdirir. Bu vəziyyətdə aşağı ətrafların venaları həddindən artıq dərəcədə yuklənmiş olur. Bu isə varikoz xəstəliyinin inkişafına təkan verir.
5. Qadınlar tez-tez ağır çantaları qaldırır və daşıyır. Bu isə onurğa problemlərinə, varikozun inkişafına təkan verir.
6. Yuxunun az olması qadınların sağlamlığına çox mənfi təsir edir - ürək-damar sistemi, şəkərli diabet və digər xəstəliklərin riskini artırır. Kişi orqanizmi yuxunun az olmasına daha davamlıdır.
7. Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu da müxtəlif pozulmalara yol açır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1602   Tarix: 25 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

turlar.az

qadin dunyasi maskalar reseptler hakista xina yaxdi findiq qabiginin faydalari dirnaqlara qulluq qaydalari plastik əməliyyat kosmetika rus dilini oyrenek 2ci ders yemek reseptleri kahfe kali qurd ve quzu 8 mart