Qadın, yoxsa kişi məntiqi?

Qadın, yoxsa kişi məntiqi?"Qadın məntiqi" anlayışı bir sıra ölkə alimləri tərəfindən öyrənilir. Bu istiqamətdə aparılan altı min nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində bəlli olub ki, kişi və qadın məntiqi arasında xüsusi bir ayrıcalıq yoxdur.
Xanim.az AzərTac-a istinadən xəbər verir ki, hər iki cinsin nümayəndələrinin iştirak etdiyi tədqiqatlar test tapşırıqları əsasında aparılıb. İştirakçılara özlərini testlərdə göstərilən şəxsin yerinə qoymaları, çətin anda onun yerinə qərar qəbul etmələri tapşırılıb. İmtahanların nəticəsində kişi və qadınlar arasında düşüncə tərzində çox böyük fərq qeydə alınmasa da, vəziyyətin qiymətləndirilməsi baxımından fikir ayrılığı müşahidə edilib.

Alimlər bunu qadın həssaslığı və prioritet müxtəlifliyi ilə izah ediblər. Belə ki, kişi düşüncə tərzinin daha rasional, qadınların isə mənəvi əzab verə biləcək qərarlardan çəkingən olduğu müşahidə edilib.

Növbəti, emosional faktorların olmadığı testlərdə isə hər iki cinsin nümayəndələrinin verdikləri qərarlar arasındakı fərq təxmini on faiz təşkil edib. Bundan əlavə bəlli olub ki, qərarın verildiyi zaman və informasiyanın toplanması kimi amillər əsas rol oynayır. Kişilər qadınlara nisbətən daha tez və müstəqil qərar qəbul edir. Qadınlar isə alınacaq qərarı hərtərəfli düşünməyə və bunun üçün müxtəlif rəylər öyrənməyə üstünlük verirlər.

Tədqiqatçıların fikrincə, qadın məntiqinin kişilərə nisbətən daha bir üstün cəhəti də öz fikir və düşüncələri ilə ətraf mühitlə bölüşməsidir.

Xəbərlər     Baxılıb: 1849   Tarix: 05 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sac duzumleri yemek reseptleri geyim dəbləri uşaq psixologiyası gozalti maskalar salatların hazırlanması kosmetika suni mayalanma maska hakiwda sirin qogal tərəzi bürcü