Qadında sonsuzluq

Qadında sonsuzluqQadında sonsuzluğun əsas səbəbləri onun cinsiyyət yollarına tam keyfiyyətli spermatozoidlərin düşməsi, mayalanmağa qadir yumurta hüceyrənin yaranması, qarın boşluğunda uşaqlıq borusunun saçaqlan tərəfindən tutulub borunun içərisinə çəkilməsi və orada spermatozoidlərə tərəf hərəkət etməsi, yumurta hüceyrənin spermatozoidlə mayalanması və uşaqlığın içərisinə düşüb onun divarlarından birinə yapışması, orada dölün inkişafı və onun doğuşa qədər saxlanması və s. proseslərin pozulmaSı ilə əlaqədardır. Normal vəziyyətdə bütün bu proseslər sinir sistemi ilə daxili sekresiya vəzilərinin (hipofizin, hipotalamusun, qalxanvarı və böyrəküstü vəznlərin), yumurtalıqların hormonları ilə idarə olunur. Burada əsas yeri mərkəzi sinir sistemi və qadının psixikası tutur. Qadının orqanizmində patoloji üzvü dəyişikliklər və funksional pozğunluqlar nəsil törətmə qabiliyyətini azaldır, yaxud da sonsuzluğa səbəb olur.

Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun patologiyası.
Anadangəlmə inkişaf qüsurlarına (cinsiyyət dodaqlarının çatışmazlıqları, uşaqlıq yolunun olmaması və ya onun iki olması və s.) nadir hallarda təsadüf olunur (əksər hallarda bu irsi xəstəliyin əlamətidir). Adətən belə çatışmazlıqlar müxtəlif səbəblərə görə (aybaşı gec başlanması, tamamilə olmaması və s.) həkimə müraciət etdikdə aşkar edilir. Qızlıq pərdəsinin qalın olması və cinsi əlaqədə onun deşilməməsi sonsuzluğa səbəb ola bilməz, çünki sperma uşaqlıq yolu dəhlizimə düşdükdə belə hamiləlik baş verə bilər. Bəzən müəyyən zədələr, xəstəliklər nəticəsində uşaqlıq yolu və hətta uşaqlıq xaricə çıxa bilər, belə vəziyyətdə cinsi əlaqə, ümumiyyətlə, mümkün olmur; yalnız müalicədən sonra (cərrahi müdaxilə) cinsi əlaqə aktı və hamiləlik baş verə bilər. Uşaqlıq yolunun iltihabında mayalanma imkanının azalması və ya tamamilə itməsi burada mühitin dəyişməsi və bunun da spermatozoidlərin həyat fəaliyyətini və hərəkətini pozması ilə əlaqədardır.

Uşaqlıq boynunun patalogiyası.
Son vaxtlar mütəxəssislər uşaqlıq boynunun diatomiyasına və funksional vəziyyətinə çox böyük əhəmiyyət verirlər. Bu isə hamiləliklə çox sıx əlaqədardır. Uşaqlıq boynunun kanalındakı vəzilər uşaqlığa yalnız aktiv spermatozoidləri buraxıb mikro orqanizmləri buraxmayan xüsusi maddə ifraz edirlər. Uşaqlıq boynunun zəif mühitli selikli maddəsi spermatozoidlərin, aktiv hərəkətinə şərait yaradan vasitədir. Amma müxtəlif iltihab prosseləri, hamiləliyin süni surətdə pozulmasından baş verən zədələr nəticəsində zəif qələvi mühit kəskin turş mühitə çevrilə bilər və bu da spermatozoidlərə öldürücü təsir göstərərək hamiləliyin baş verməsinin qarşısını alar.

Uşaqlığın patalogiyası.
Bəzi hallarda inkişaf etməmiş uşaqlıq qişalarda sterilliyə (sonsuzluğa) səbəb ola bilər. Anatomik quruluşu cəhətdən çaqış azlığı olan uşaqlıqda hamiləlik baş versə də, belə vəziyyətdə döl normal inkişaf edə bilməz və hamiləlik vaxtından əvvəl öz-özünə pozular. Uşaqlığın xoşxassəli şişləri (miomalar) hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb olur. Təkrar olunan süni «bortlar, uşaqlıq divarlarının vərəmi selikli qişaların iltihabını əmələ gətirdiyindən mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışıb inkişaf edə bilmir.

Uşaqlıq borularının xəstəlikləri.
Hamiləliyə mane olan əsas səbəblərdən biridir; İnfeksiyalara qarşı boruların selikli qişalarının yüksək; dərəcədə həssas olması, nəticədə məhfəzin daralması, hətta tamamilə tutulması hamiləliyin qarşısını alan əsas səbəblərdəndir. Belə vəziyyətdə spermatozoidlər yumurta hüceyrə ilə rastlaşıb onu mayalandıra bilmir. Buna səbəb olan infeksiyalardan süzənəyi və cinsi orqanların verimini göstərmək olar. Qeyd etmək lazımdır ki, borularda iltihabın əmələ gəlməsinə hətta xəstəlik şəraitində aparılan abortlar da səbəb ola bilər. Çünki abort zamanı uşaqlıq divarları xüsusi olaraq qaşındıqda uşaqlığa açılan sahə də zədələnir. Nəticədə çəmi 1 mm diametri olan boru məhfəzində , bitişmə baş verir və uşaqlıqla yumurtalıq arasında əlaqə pozulur. Əkər boruların hər ikisində də belə vəziyyət yaranıbsa, əlbəttə ki, hamiləlik baş verə bilməz. Əkər boruların məhfəzi tutulmayıb yalnız daralıbsa, spermatozoidlər borulardan keçərək yumurta hüceyrəyə doğru gedib onu ya borularda, yay da qarın boşluğunda mayalandıra bilər. Amma mayalanmış yumurta hüceyrə həcmcə daha böyük olduğundan borunun daralmış məhfəzindən keçib uşaqlığa düşə bilmir və boru divarına yapışaraq orada inkişaf etməyə başlayır. Bu hadisə uşaqlıqdan kənar hamiləlik adlanır və qadının həyatı üçün böyük təhlükə törədir. Əkər uşaqlıqdan kənar hamiləlik vaxtında müəyyən olunub, cərrahi yolla kənar edilməzsə, döl böyüyüb borunun yırtılmasına, güclü qanaxmaya və nəhayət qadının tələf olmasına səbəb ola bilər.

Yumurtalıqların xəstəlikləri.
Qadının yumurta hüceyrəsinin yumurtalıqda inkişafı müntəzəm bir dövrü qayda ilə, ayda bir cinsi baş verir; hipofizin və ya yumurtalıqların hormonal təsirinin qeyri-kafiliyi və ya olmaması bütün cinsiyyət sisteminə təsir edərək mayalanmağa qadir olmayan keyfiyyətsiz yumurta hüceyrənin əmələ gəlməsinə səbəb olur. Bunun . əsas səbəblərindən hipofiz və hipotalamusda baş verən pozğunluqları (piylənmə, şişlər və s), qalxanvarı vəzinin (hiper- və hipotrsodizm), böyrəküstü vəzilərin (Adisson xəstəliyi, İsenko-Kuşinq sindromu) və mədəaltı vəzini! xəstəliklərini (şəkərli diabet) göstərmək olar.
Ağır əsəb-psixi travmalarda, yoluxucu xəstəliklərdə (xüsusilə spidemik parotitdə), E və S vitaminlərinin çatışmazlıqlarında, xroniki alkoqol və nikotin zəhərlənmələrində hormon hasil edən şişlərdə və s. yumurtalıqlarda çatışmazlıqlar baş verir. Yumurtalıqların hormon ifraz etməyən şişlərində, yaxud şiş zamanı aparılan cərrahi müdaxilədə yumurtalığın heç olmazsa əsaslandırılarsa normal aybaşı və hamiləlik ola bilər.

Sonsuzluğun profllaktikası.
Məlumdur ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. hamilə qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi, keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin yerinə yetirilməsi, ailədə sağlam psixoemosional iqlim ana bətnində dölün cinsiyyət sisteminin normal inkişafım təmin edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin (alkoholun və nikotinin) zərərli təsirindən hamilə qadının qorunması vacib şərtlərdəndir. Unutmaq olmaz ki, hətta papiros çəkilən otaqda hamilə qadının müəyyən müddətdə qalması həm onun özünə və həm də dölə zəhərləyici təsir göstərir. Əkər cinsi əlaqə vaxtı ər-arvaddan biri sərxoş olarsa bu da dölün inkişafına mənfi təsir göstərib onun qeyri— normal doğulmasına səbəb ola bilər.

Uşaqların cinsi yetişkənlik dövründə keçirdikləri yoluxucu xəstəliklər və onların fəsadları çox vaxt cinsiyyət vəzilərinin zədələnmələrinə səbəb olur. Əksər hallarda valideynlər qız uşağın cinsiyyət sahəsindəki . İltihabı prosesləri ilə əlaqədar uşaq ginekoloquna müraciət edirlər! Kiçik yaşlarından uşaqlara şəxsi gigiyena qaydalarının öyrədilməsi, xarici cinsiyyət üzvlərinin təbii ifrazatlardan sonra yuyulması iltihaba /qarşı ən sadə və vacib profilaktik tədbirlərdəndir. Yaddan çıxarmaq olmaz ki, qızların cinsiyyət yollarının selikli qişaları infeksiyaya çox həssasdır. Belə ki, yoluxma prosesi cinsiyyət üzvlərində yuxarıya qalxaraq uşaqlığı, boruları və hətta yumurtalıqları da zədələyə bilər. Valideynlər oğlan uşaqlarının da şəxsi gigiyena qaydasını öyrənmələrinə və ona ciddi surətdə əməl etmələrinə nəzarət etməlidirlər.

Uşaqlarda xarici cinsiyyət üzvlərinin qeyri-normal quruluşunu valideynlər adətən çox tez aşkar edirlər, bu da vaxtında tibbi yardım almağa imkan verir (əgər müraciət edilirsə). Bu, kriptorxizmi plan oğlan uşaqlan üçün xüsusilə vacibdir. Çünki xayalar vaxtında daimi yerlərinə (xayalığa) enmədikdə onlar öz daxili quruluşunu dəyişərək fizioloji vəzifələrini yerinə yetirə bilmirlər.

Vərəm xəstəliyinin hər hansı bir formasını keçirmiş qızlarda fəsadlardan ən mühümü yumurtalıqların zədələnməsidir. Belə hallarda qızlar müntəzəm surətdə uşaq ginekoloqunun nəzarət altında olmalıdırlar. Gec aparılmış cərrahi müdaxilələrdə korbağırsaq çıxıntısının yumurtalıqlarda sistlərin və s. kənar edilməsində) bitişmələr, kobud çapıqlar əmələ gələrək uşaqlıq borularını, .onların saçaqlarını əhatə edir və hamiləliyin baş verməsinin qarşısını alır.

Birinci aybaşının gecikməsi və onun qeyri-müntəzəm olması ginekoloqa və endokrinoloqa müraciət etmək zəruriyyəti yaradır. Kontraseptiv preparatlardan istifadə etməyi bacarmamaq və vaxtından əvvəl cinsi əlaqə arzu olunmayan və faciəli nəticələr verən hamiləliyə və beləlİklə, məcburi abort zəruriyyətinə gətirib çıxarır. Abortun gənc qadın orqanizmində nə kimi fəsadlar və sonsuzluq törətməsi haqqında yuxarıda qeyd olunmuşdur. Yalnız onu da əlavə etmək lazımdır ki, abortdan sonra qadın düz bir il müddətində mama-ginekoloqun nəzarəti altında olmalıdır.
Əkər cinsiyyət üzvlərində iltihab törədən xəstəliklər qadını həkimin köməyinə müraciət etməyə məcbur edirsə, kişilər belə xəstəliklərə çox soyuqqanlılıqla baxaraq kəskin ağrılar və ya cinsi əlaqə qabiliyyətinin azalması onları narahat etməyincə həkimə müraciət etmirlər. Buna görə yadda saxlamaq lazımdır ki, cinsiyyət üzvlərinin gec və keyfiyyətsiz aparılan müalicəsi cinsiyyət vəzilərinin işində ciddi pozğunluqlar əmələ gətirərək çox vaxt kişini nəsil yaratmaq qabiliyyətindən məhrum edir.
Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə ər-arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ABŞ-da tətbiq olunur.
Bu üsul son vasitədir. Keçmiş SSRİ-də bu üsul 60-cı illərdə məşhur ginekoloq İ. Jordaniya tərəfindən tətbiq olunmuşdur və hazırda da istifadə olunur. O, birinci, cinsi hərtərəfli yoxlanılmış donordan alınmış spermanı 3 qadının uşaqlığına yeritmiş, bu əməliyyatın nəticəsində isə hər cəhətdən tamamilə normal 3 uşaq – iki qız və bir oğlan doğulmuşdu.
Süni mayalandırmanın başqa bir üsulundan da müvəffəqiyyətlə istifadə olunur. Bu üsulda qadından cərrahi müdaxilə ilə götürülmüş yumurta hüceyrə orqanizmdən kənarda kişinin sperması ilə mayalandırılır və sonra mayalanmış yumurta hüceyrə həmin qadının və ya başqa bir qadının uşaqlığına daxil edilir. Bu zaman da qadının bətnində inkişaf edib böyüyən döldən normal uşaq doğulur.

İngilis həkimləri Patrik Steptou və Robert Edvarde 12 il müddətində orqanizmdən kənarda mayalandırma tədqiqatları aparmışlar. Onlar 1977-ci ildə uşaqlıq boruları tamamilə bitişib, məhfəzi tutulmuş 32 yaşlı bir qadının qarın boşluğunu açıb onun yumurtalığından yetişmiş yumurta hüceyrəni götürərək kişinin spermatozoidləri ilə mayalandırılmışlar, Onlar orqanizmdən kənar-da .rüşeymi xüsusi qab içərisində iki gün yarım (60 saat) saxladıqdan sonra onu həmin qadının uşaqlığına "əkmişlər". hamiləliyin 16-cı həftəsində-xüsusi xromosom diaqnostikası üsulu ilə normal qız uşağının inkişaf etdiyi müəyyən edilmişdi. Və nəhayət 1988-ci ilin 25 iyulunda Qeysər kəsiyi üsulu ilə 2700 q çəkili normal qız uşağı dünyaya gəlib.
Deməli sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bır hesab olunmamalıdır. Təbabət insanların başına gələr çətinliyin əlacını tapmışdır.

Sağlamlıq     Baxılıb: 7292   Tarix: 25 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim necə seçməli qadin sayti hamilelikde qidalanma süni mayalanma uşaqlara yemək hazırlama milli yemekler novruz bayramina aid hakisdalar efsane cekc pornuxa nağıllar aysel