Qadınlar abortdan sonra bunlara diqqət etməlidirlər

Qadınlar abortdan sonra bunlara diqqət etməlidirlərİslamda abort haram sayılır və bu əməl üçün heç bir bəraət (pulsuzluq, uşağın cinsi, döldə olan qüsurlar və s.) qazandırmaq mümkün deyil.

Lakin bəzi hallarda ananın bətnində olan dölün inkişafı müxtəlif səbəblərə görə dayanır və bu halda qadın aborta getməyə məcbur olur. Yalnız bu hal abort üçün bəraət kimi qəbul oluna bilər.

Abort (mini-, cərrahiyyə, dərmanların vasitəsi ilə aparılan abort) və həmçinin özbaşına dölsalma müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaları minimuma endirmək üçün qadın müəyyən qaydalara riayət etməlidir. Beləliklə,

1. Abortdan sonra 2 həftə ərzində qadın ağır fiziki yükləmələrdən (ağır əşyaları qaldırmaq, daşımaq, əyilmiş vəziyyətdə iş görmək və s.) imtina etməli, idmanla məşğul olmamalıdır.

2. Abortdan sonra 3 həftə ərzində qadın cinsi əlaqədən çəkinməlidir. Abortdan və ya özbaşına dölsalmadan sonra uşaqlıq böyük açıq yaraya bənzəyir. Bu səbəbdən istənilən infeksiya bura çox asan daxil olaraq güclü iltihaba səbəb ola bilər.

3. Uşaqlığın normal şəkildə yığılmasını təmin etmək üçün sidik kisənin və bağırsaqların vaxtında boşalmasına fikir verin.

4. Hər gün hərarətinizi ölçün, soyuqlamadan uzaq olun, orqanizmin ümumi vəziyyətinə nəzarət edin. Vəziyyətinizdə hər hansı dəyişikik, qarının aşağı hissəsində ağrılar əmələ gəldikdə, bədən hərarəti yüksəldikdə, dərhal həkimə müraciət edin.

5. İntim gigiyenaya xüsusi diqqət yetirin. Gün ərzində 2 dəfədən az olmayaraq xarici cinsiyyət üzvləri marqan ("marqansovka") əlavə olunmuş qaynanmış ilıq su ilə yuyun (su açıq çəhrayı rəngdə olmalıdır). Daha tez-tez qadın bezləri və alt paltarınızı dəyişin. Bu abortdan sonra mümkün olan iltihabın qarşısını almaq üçün çox vacibdir.

6. Abortdan sonra 2 həftə ərzində duş qəbul edin, vannada çimməyin. Uşaqlıq yolunu dərin yumayın, hovuzda, dənizdə, çayda çimməyin.

7. Abortun 1-ci-2-ci günü uşaqlıq yolundan qanlı ifrazatlar xaric olunmağa başlayır. Bu normada belə olmalıdır və bu menstruasiya deyil. Əgər hətta 2-ci gündən sonra belə ifrazatlar yoxdursa, bu o deməkdir ki, uşaqlıq boynunun sıxılmasına görə qan çölə axmır, uşaqlığın boşluğunda yığılır. Bu isə iltihaba səbəb ola bilər. Beləliklə, abortdan sonra qanlı ifrazatlar olmadıqda, dərhal həkimə müraciət etmək lazımdır.

8. Abortdan sonra olan qanaxmanın intensivliyi hamiləliyin müddətindən asılıdır. Adətən qanaxma 10 gündən artıq olmur, çox güclü olmur və tədricən azalaraq tam kəsilir. Əgər sizdə qanaxma çox güclüdürsə (2 saat ərzində bez dolur), tədricən azalmır və əksinə olaraq gündən günə artır, 10 gündən artıq davam edirsə, mütləq həkimə müraciət edin. Bu natamam abortun əlaməti ola bilər (uşaqlıq boşluğunda embrionun hissələri qalıb). Bu hal çox təhlükəlidir və qadına vaxtında lazım olan tibbi yardım göstərilmədikdə, onun səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaranır.

9. Abortdan müəyyən müddət sonra (həkim təyin edir) qadın USM-dən keçməlidir.

10. Əgər abortdan sonra qadında hamiləliyin əlamətləri (ürəkbulanması, başgicəllənməsi, qusma və s.) saxlanılmış olarsa, bu o deməkdir ki, hamiləlik pozulmayıb və inkişaf edir. Bu halda mütləq USM-dən keçmək lazımdır. Abortdan sonra hamiləlik testləri dəqiq nəticə vermir. Məsələ burasındadır ki, bu testlər qadının qanında spesifik hamiləlik hormonu olan xorionik honadotropin hormonunu təyin edirlər. Bu hormon isə hətta abortdan sonra hamiləlik pozulduqda qadının qanında 1 ay ərzində təyin oluna bilər.

11. Dərman vasitəsilə aparılan abortdan sonra uşaqlıq boşluğunda embrionunun hissələrinin qalmasının ehtimalı daha çoxdur. Bu səbəbdən belə abortdan sonra qadın öz vəziyyətinə qarşı xüsusi diqqətli olmalıdır.

12. Abortdan sonra menstrual dövr 1-2 ay ərzində pozula bilər (adətən menstrual dövr uzanır). Əgər bir neçə ay ərzində menstrual dövr tənzimlənmirsə, mütləq ginekoloqa müraciət edin./atv.az/

Sağlamlıq     Baxılıb: 2931   Tarix: 15 oktyabr 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

makiyaj instagram makiyaj etmek qaydalari qadin dunyasi kisi ve qadin intim munasibetleri qirmizi uzun donlar hamileliyin ilk elameti dirnaqlara qulluq maskalari kosmetika novruz bayramına aid hakışta ikizler kökəlmək üçün üzeyir hacıbəyli hakışda