Qadınlar ayağa qalxdılar - Deputatın zorladığı azərbaycanlı qız üçün
Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Güney Azərbaycandan olan qadınlar #MeToo (Mən də) haştağı ilə başlayan kampaniyaya qoşulublar.
Kampaniyanın iştirakçısı olan qadınlar xəstəxanalar, ictimai nəqliyyat və iş yerlərində cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.
Paylaşımlar Azərbaycan dilində edilir.
Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpurun müəmmalı ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı məsələlər Güney Azərbaycanda gündəmə gəlib.
Zəhra bir neçə ay əvvəl İran parlamentinin deputatı Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.
57 yaşlı Salman Xudadadi vaxtilə İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.
Xatırladaq ki, Məlikanın Təzəqala kənd sakini Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun qəsdən qətlə yetirildiyi iddia olunur.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir