Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDI

Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDIHormonal Pozuntu - bu problem getdikcə ciddi təhlükəyə çevrilib. Hazırda dünyanı öz cənginə alan bu dərd əvvəllər tək-tük insanlarda, daha çox isə yaşlılarda görünürdü.
Hormon pozğunluğu ən birinci şəkərli diabetə səbəb olurdu. Təəssüf ki, indi orta yaşlı insanlar və hətta uşaqlarda da bu xəstəlik baş alıb gedib. Son illərdə həm kişilər, həm də qadınlar arasında müxtəlif sağlamlıq problemlərinin arxasında duran əsas səbəblərdən biri hormonal balansın pozulmasıdır. Xüsusilə də, stressin artması, düzgün olmayan qidalanma, oturaq həyat tərzi hormon sisteminə birbaşa təsir edir. 
Bu gün bir çox insan özündə səbəbsiz yorğunluq, yuxu pozuntusu, ani əhval dəyişiklikləri, çəki artımı və hətta sonsuzluq kimi problemlərlə qarşılaşır. Xüsusilə qadınlarda menstrual tsiklin pozulması, yumurtalıq problemləri, kişilərdə testosteron azlığı və stress hormonlarının normadan artıq olması cəmiyyətin ümumi sağlamlıq səviyyəsinə mənfi təsir göstərməkdədir. Bütün bunlar artıq sadəcə fərdi sağlamlıq məsələsi deyil, ictimai sağlamlıq problemi kimi gündəmə gəlməkdədir.
Lent.az-ın müsahibi tanınmış endokrinoloq Lalə Şamxalovadır.
Bu müsahibədə biz hormonal pozuntuların səbəblərindən tutmuş əlamətlərinə, fəsadlarından müalicə yollarına qədər bütün əsas məqamları öyrənəcəyik.
- Lalə xanım bugünkü söhbətimizdə hormonal pozuntu mövzusuna toxunmaq istərdik. İlk olaraq izah edərdinizmi, ümumiyyətlə hormonal disbalans (pozuntu) nədir?
- Əlbəttə. Hormonal pozuntu dedikdə, orqanizmdə hormonların lazımi miqdarda və tarazlıqda ifraz olunmaması nəzərdə tutulur. Yəni bu, bir və ya bir neçə hormonun az, çox və ya qeyri-effektiv şəkildə işləməsi deməkdir. Bu disbalans insanın yaşına, cinsinə, həyat tərzinə və konkret hansı vəzin təsirləndiyinə görə müxtəlif formalarda özünü büruzə verir.
- Maraqlıdır. Bəs bu pozuntunun qısa müddətdə hansı əlamətləri olur?
- Ən çox rast gəlinən əlamətlərdən biri əhval-ruhiyyənin dəyişməsidir. İnsanlar səbəbsiz yerə əsəbiləşir, narahat olur, bəzən depressiya əlamətləri göstərirlər. Bundan əlavə, hormonal pozuntular ani çəki dəyişikliyinə - həm kökəlməyə, həm də arıqlamaya səbəb ola bilər. Yuxusuzluq və ya gündüz özünü həddindən artıq yuxulu hiss etmək də çox rast gəlinən haldır. Həmçinin bəzi hallarda cinsi istəksizlik, tərləmədə dəyişiklik və dəridə problemlər, məsələn, sızanaqlar və ya quruluq müşahidə olunur.
- Bəs bu pozuntu uzun müddət davam edərsə, hansı ciddi fəsadlara yol aça bilər?
- Əgər hormonal balans pozuntusu müalicə olunmadan davam edərsə, ciddi fəsadlarla nəticələnə bilər. Məsələn, şəkərli diabetə səbəb ola bilər - bu, insulin hormonunun normal səviyyədə işləməməsi ilə əlaqədardır. Qalxanvari vəzin fəaliyyətində pozuntular - yəni hipertireoz (tənbəl zob) hormonal sistemin pozulması ilə bağlıdır. Sümüklərin zəifləməsi, yəni osteoporoz, sonsuzluq problemləri və hətta bəzi hallarda hipofiz və böyrəküstü vəzilərdə şişlərin əmələ gəlməsi də bu pozuntunun nəticəsi ola bilər. Məsələn, gəlin uzunmüddətli təsirlərdən danışaq. Əvvəlcə, şəkərli diabetə səbəb olur. Bu mədəaltı vəzin insulin hormonunun normadan az, çox və ya qeyri-effektiv ifrazı nəticəsində yaranır. İkinci, qalxanvari vəzin pozuntularına gətirib çıxarır. Bu əsasən, iki istiqamətdə təzahür edə bilər - hormonların artıqlığı (hipertireoz) və ya azlığı (hipotireoz). Üçüncü, osteoporoz dərdi. Kalsium və vitamin balansının pozulması nəticəsində sümüklərin zəifləməsi ilə müşahidə olunur. Dördüncü, sonsuzluq, həm kişi, həm də qadın sonsuzluğu hormonal balanssızlıqla əlaqəli ola bilər. Beşinci, hipofiz və böyrəküstü vəz adenomalarıdır. Prolaktin, kortizol, ACTH (adrenokortikotrop hormon) kimi hormonların disbalansı nəticəsində yaranan pozuntular müxtəlif xəstəliklərə səbəb ola bilər.
- Hormonal disbalans bədən çəkisinə, yuxuya və emosional vəziyyətə necə təsir edir?
- Hormonal sistem, əslində, bədənimizdəki bir çox mexanizmi tənzimləyir. Məsələn, kortizol və insulin hormonları həm çəki, həm də şəkər mübadiləsini idarə edir. Balans pozulduqda bədən çəki toplaya və ya arıqlaya bilər. Melatonin və serotonin hormonları isə yuxu və emosional vəziyyətə təsir edir. Nəticədə insanlar həm emosional cəhətdən qeyri-sabit olur, həm də sağlam və rahat yuxu ala bilmirlər. Bu isə gündəlik fəaliyyətlərə birbaşa təsir göstərir.
- Hormonal pozuntunu aşkar etmək üçün hansı müayinələr aparılır?
- İlk növbədə pasiyent endokrinoloqun müayinəsinə gəlməlidir. Həkim anamnez toplayır, yəni pasiyentin həyat tərzi, keçirdiyi xəstəliklər və simptomlar öyrənilir. Sonra isə qan analizləri təyin olunur. Əsas hormonlar arasında TSH, prolaktin, insulin, estrogen, progesteron və testosteron var. Bunların səviyyəsi həm maddələr mübadiləsinə, həm də reproduktiv funksiyalara ciddi təsir edir. Əlavə olaraq ultrasəs müayinələri də çox vacibdir yumurtalıqların, qalxanvari vəzin və digər vəzilərin vəziyyəti qiymətləndirilir.
- Müalicə yolları nələrdir və bu sahədə ən effektiv yanaşma hansıdır?
- Hormonal pozuntuların müalicəsi səbəbə yönəlik olmalıdır. Əgər hansısa hormon az ifraz olunursa, onu əvəz edən dərmanlar təyin olunur. Həyat tərzinin dəyişdirilməsi də vacibdir. Düzgün və balanslı qidalanma, müntəzəm idman, stressin azaldılması və yuxu rejiminin normallaşdırılması çox önəmlidir. 
- Bəs bu cür problemlərin qarşısını almaq üçün insanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər?
- İlk növbədə balanslı qidalanma çox vacibdir. Həddindən artıq şəkər, trans yağlar və emal olunmuş qidalar hormon balansını poza bilər. Müntəzəm fiziki aktivlik (ən azı 1 saat dayanmadan yürüş) və kifayət qədər su qəbulu da bədəndəki funksiyaları tənzimləyir. Stress hormonları kortizolun səviyyəsini artırdığı üçün, stressin idarə olunması - meditasiya, nəfəs məşqləri və sosial dəstək çox önəmlidir. Eyni zamanda ildə ən az bir dəfə ümumi müayinədən keçmək və əsas hormon göstəricilərinə nəzarət etmək sizlər üçün faydalı olacaqdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1545   Tarix: 01 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

yaz geyimleri 2026 toy gecesi yay geyimləri 2026 soyuqdəymədən necə qorunmalı sözlü şəkillər köynək modelləri geyim şəkilləri kosmetika bayatı novruz bayramı aybawi terezi burcler