Qadınlarda eroziya xərçəng xəstəliyinə çevrilə bilərmi?

Qadınlarda eroziya xərçəng xəstəliyinə çevrilə bilərmi?Uşaqlıq boyu xəstəlikləri, eroziya bu gün əksər qadınları narahat edən bir mövzudur. Bunları necə araşdırmalı və necə aradan qaldırmaq üsullarını bizə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim mama-ginekoloqu Naza Qurbanova ilə müsahibədən öyrənəcəyik:

-Uşaqlıq boynu xəstəliklərinin aktuallığı nədir?

-Uşaqlıq boynu patologiyaları nəinki Azərbaycanda, ümumiyyətlə dünyada aktual olan bir mövzudur. Hazırda uşaqlıq boynunun bədxassəli xəstəliyi reproduktiv sistemdə rast gəlmə tezliyinə görə süd vəzindən sonra ikinci yerdə durur. Ancaq dünyada qadın ölümünə ən çox səbəb kimi birinci yerdə rast gəlinir.Təbii ki, bu xəstəlik birdən-birə yaranmır, bundan öncə xərçəngönü (displaziyalar)vəziyyətlər yaranır. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicə üsullarının düzgün seçilməsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər almış olur.

-Uşaqlıq boynu xəstəlikləri sırf xərçəngləmi bağlıdır?

-Uşaqlıq boynunda ayrıca olaraq iltihabi-infeksion xəstəliklər yaranır. Əsas xəstəliklər 3 qrupa ayrılır. Fon xəstəlikləri (eroziya,polip,leykoplagiya,papiloma və s.), xərçəngönü xəstəliklər (L-SİL,H-SİL) və uşaqlıq boynunun xərçəngi. Xəstəlik vaxtında aşkarlanmasa, düzgün diaqnostikası qoyulmasa, daha ciddi problemlər yarada bilər. Fon xəstəlikləri ginekoloji baxış zamanı aşkarlamaq çətinlik törətmir , amma xərçəngönü xəstəliklər (uşaqlıq boynunun displaziyaları) isə gözlə təyin etmək mümkün deyil. Onu deyim ki, yüngül dərəcəli displaziyalar, xərçəngönü vəziyyət varsa, bunun orta dərəcəyə keçməsi üçün haradasa 2 ilə qədər vaxt tələb olunur. 2 ildən 5 ilə qədər ikinci dərəcəli xərçəngönü vəziyyəti üçüncü dərəcəyə keçir. Statistikaya görə, uşaqlıq boynunun xərçənginin inkişafı üçün 5 ildən 19 ilə kimi vaxt çəkir. İldə 1 dəfə profilaktik olaraq ginekoloq müayinəsində uşaqlıq boynu üçün nəzərdə tutulmuş skrininq müayinələr həyata keçirilsə,uşaqlıq boynu displaziyaları vaxtında aşkar olunar. Bu halda bədxassəli xəstəliyin yaranma ehtimalı sıfıra enmiş olar.

- Xəstəliyin diaqnostikası necə aparılır?

- Uşaqlıq boynunun skrininqi uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılır. Bunun üçün ildə 1 dəfə qadınlar mütləq olaraq sitoloji (Pap-smear) müayinədən keçməlidirlər. Burada uşaqlıq boynundan yaxma götürülür və marfoloqlar tərəfindən dəyərləndirilir. İknici müayinəyə uşaqlıq boynunun kolposkopik müayinəsi daxildir. Adətən birinci müayinə zamanı cavab müsbət çıxırsa, qadınlar düşünürlər ki, ikinci müayinəyə ehtiyac yoxdur. Ancaq bu doğru deyil. İldə bir dəfə kolposkopik müayinədən də keçilməlidir. Çünki, uşaqlıq boynundan götürülmüş materialın sitoloji müayinəsi 100 faizlik müayinə metodu deyil. Bunun informativliyi 60 faizdir. Kolposkopik müayinə ilə birlikdə aparılarsa, infarmativlik daha yüsək olar.Uşaqlıq boynu xəstəlikləri üçün ən dəqiq müayinə, uşaqlıq boynunun histoloji müayinəsidir. Ancaq histoloji müayinə üçün də bizə kolposkopik müayinə lazımdır. Çünki biz götürdüyümüz patoloji sahəni dəqiq bilməliyik. Kolposkopik müayinədən sonra, ehtiyac olarsa, papilloma virus skrininqi olunur. Lazım gəlsə, uşaqlıq boynundan biopsiya götürülüb histoloji müayinəyə göndərilir Kolposkopiya müayinəsi necə aparılır?

- Kolposkopiya xüsusi optik cihazıdır. Müayinə zamanı baxdığımız obyekti 30-40 dəfə böyüdə və problem daha yaxşı incələnir.

- Eroziya xəstəliyi haqqında nələri bilməliyik?

- Eroziya qadınların ginekoloqa getdiyi zaman ən çox rastlaşdığı xəstəlikdir. Eroziyanı bəzən gözlə görmək mümkündür. Əksər hallarda digər xəstəliklərlə də səhv salmaq olar. Bunun üçün genişləndirilmiş kolposkopiya müayinəsi aparılır. Eroziya toxuma defektidir. Bu xəstəlik infeksiya, travma nəticəsində də yarana bilər və xoşxassəli xəstəliklər qrupuna daxildir. Nadir hallarda bədxassəli xəstəliyə çevrilə bilər. İlkin müayinə nəticəsində eroziya olduğunu bildikdə , müalicədən sonra xəstəlik olduğu kimi qalırsa, bu deməli uşaqlıq boynunun eroziyası deyil. Dəqiq diaqnoz qoymaq üçün, skrininq müayinələr aparılmalıdır.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbi nədir?

-Uşaqlıq boynu xərçənginin yaranma səbəbi papiloma virus infeksiyasıdır. Kaliforniya universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişən qadınlar üzərində araşdırma apardılar. Araşdırma nəticəsində həmin qadınlarda papiloma virusu infeksiyasının həm onkogen həm də qeyri-onkogen tipləri aşkar olundu və bu fikir təsdiqləndi. Ancaq papiloma virus infeksiyasına yoluxduqdan sonra uşaqlıq boynunda yastı kondiloma formalaşır. Biz güzgü müayinəsi zamanı təmiz uşaqlıq boynu görürük,lakin kolposkopiyada sınaq etdikdən sonra bunu görə bilirik.

-Bu xəstəliklərin müalicəsi necə aparılır?

-Uşaqlıq boynu, uşaqlıq yolu və vulva hissənin müalicəsi konservativ və operativ üsullarla aparılır. Son zamanlar CO2 lazer əməliyyatların aparılmasına daha çox üstünlük verilir.CO2 lazerlə aparılan əməliyyatın üstünlüyü çapıq toxumanın əmələ gəlməməsi,əməliyyat müddətinin qısa olması,sağalma dövrünün qısa olması, hamilələrdə qız uşaqlarında,yaşlı qadınlarda müvəffəqiyyətlə istifadə olmasıdır. Bu əməliyyatdan 3 həftə sonra xəstə hamilə qala bilər və ya doğuşunu təbii şəkildə başa çatdıra bilər. Əməliyyat 15-20 dəqiqə çəkir. Vulvada ( xarici cinsiyyət orqanı) olan butün xəstəliklərdə hətta xərçənğönü xəstəliklərdə belə CO2 lazer vasitəsilə orqan saxlayıcı əməliyyatlar icra olunur,vulvoektomiyaya ehtiyac olmur,bu en azından xəstə üçün psixoloji rahtlıqdır,çünki orqan itirmir.

Sağlamlıq     Baxılıb: 4832   Tarix: 15 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

geyim dəbləri həkim məsləhəti kosmetoloq kısa saç düzümləri qizilgul haqqinda melumat süfrə mədəniyyəti tarixdə iz qoyanlar kosmetika hakiwda sirin qogal vetene aid atalar sozu novruz bayramina aid hakisdalar kurtlar vadisi