Qadınlarda klimaks dövrü

Klimaks nədir?

Klimaks xəstəlik yox, sindromdur. Klimaks aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar. Klimakterik dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir.

Klimakterik sindromun ilkin əlamətləri
Qadınlarda klimaks dövrüKlimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20-yə çatmaqla, 30 dəqiqə davam edir. Dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir. Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və o, tez-tez hirslənir. Bütün bunlar klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır. Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki, klimakterik dövrdə sümük yumşalır və bədəndə sınıqlar əmələ gəlir. Həkim-ginekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal dərmanlarla müalicə olunmağı məsləhət görür. Klimaks dövründə qadın eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir. Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez ginekoloqa müraciət etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik dövrdə ginekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq həvəsi versin.
Klimakterik dövrdə yaranan xəstəliklər

Qadınlarda klimaks dövrüQadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma riski artır. Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından şikayətlənirlər. Həkim-ginekoloqlar bunun normal olduğunu bildirirlər. Bu qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil. Qadınların 70 faizində bu qızartılar vaxt keçdikcə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır. Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır.

Klimakterik dövrdə qidalanmaya diqqət

Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər, bu isə çox təhlükəlidir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.
Erkən klimaks

Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Erkən klimaks normal hal deyil. Bəzən 30 yaşında klimaks dövrünə girən xəstələr olur. Bu, insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeterianlarda da klimaks dövrü erkən başlayır və çox ağır keçir.
Qadınlarda klimaks dövrüKişilərdə də klimakterik dövr olur

El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir.
Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir. Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan, 20 % isə amneziyadan əziyyət çəkir.

Qadınlarda klimaks dövrüQadin.net

Maraqlı     Baxılıb: 4496   Tarix: 26 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

turlar.az

kosmetika mehsullari qadın geyimi qaşların formalari daglar haqqinda infeksion xestelikler viktoriya sekret geyim dəbləri kosmetika ana haqqinda bayati baldiza aid haxisda qardasa aid haxistalar novruz bayramına aid hakışta sanama