Qadınların əhəmiyyət vermədiyi bu AĞRILAR əslində 12 hal xərçəngin əlamətidir

Qadınların əhəmiyyət vermədiyi bu AĞRILAR əslində 12 hal xərçəngin əlamətidirBiz başa düşürük ki, xərçəng xəstəliyi haqqında danışmaq qorxuludur, amma onu vaxtında aşkar etmək və müalicəyə daha erkən başlamaq üçün məlumatlı olmaq vacibdir.
Publika.Az xəbər verir ki, xərçəngin simptomları digər xəstəliklərin əlamətləri ilə oxşar olduğu üçün onu vaxtında aşkar etmək asan olmur. Odur ki, orqanizmdə baş verən hər hansı dəyişikliklərə diqqət yetirmək lazımdır. Əgər siz hansısa öyrənilməmiş ağrı hiss edirsinizsə, Həkimə müraciət edin!
Həkimlər qadınların əhəmiyyət vermədiyi xərçəngin 12 əlamətini tərtib edib.
1. Menopauza dövründə uşaqlıqda qanaxma
Qadınlarda hətta klimaks dövründə də bəzi hallarda qanaxma baş verir. Amma belə qanaxma birdən başlayırsa və menstruasiya dövründə olduğu kimi davam edirsə, bu, uşaqlıq xərçənginin erkən əlaməti ola bilər.
2. Sinə ölçüsünün və rənginin dəyişməsi
Sinənin qeyri-adi bərkiməsi süd vəzi xərçənginin dolayı əlamətləridir. Odur ki, bunu qadınlar özləri müstəqil şəkildə də aşkar edə bilər. Həmçinin digər dəyişikliklər də süd vəzi xərçəngi haqqında məlumat verir. Məsələn, sinə dərisi nahamardırsa, şiş varsa, tünd qırmızı və ya çəhrayı rəng alıbsa, onda bütün sadalananlar narahatlığa səbəb olmalıdır.
3. Qarın köpü
Demək olar ki, hər bir qadın qarın köpməsindən şikayətlənir, xüsusilə menstruasiyadan əvvəl. Amma köp aybaşından sonra da keçmirsə, yaxud da da daimi qəbzlikdən əziyyət çəkirsinizsə, bu, uşaqlıq və ya yumurtalıq xərçənginin əlamətləri ola bilər.
4. Anomal aybaşı və çanaq ağrıları
Əgər aybaşı daha ağrlı olubsa və siz aybaşıdan sonra da qan ləkələri görürsünüzsə, yaxud çanaq nahiyəsində ağrılar baş veribsə, transvaginal ultrasəs müayinəsi üçün həkimə müraciət edin. Həkim xərçəng xəstəliyinin olub-olmadığını öyrənmək üçün uşaqlıq və yumurtalıqlarını müayinə edəcək.
5. Xroniki öskürək
Əgər öskürək 3 həftə davam edirsə, onu soyuqdəymə və ya allergiya kimi hallar müşayiət etmirsə, bu, xərçəngin erkən əlaməti ola bilər.
6. Ürəkbulanma və mədə ağrısı
Mədə pozğunluğu son illərdə tez-tez rastlanan haldır. Amma qəfil ürək bulanması, mədə pozğunluğu baş veribsə və səhhətinizdə yaxşılaşma olmursa, bu zaman həkimə müraciət etmək lazımdır.
7. Tez-tez soyuqlama və infeksiyalar
Əgər siz əvvəllər nadir hallarda soyuqdəymədən əziyyət çəkmisinizsə, indi isə tez-tez xəstələnməyə başlamısınızsa, bu, leykoz erkən əlaməti ola bilər. Qan xərçəngi orqanizmi patoloji leykositlər istehsal etməyə məcbur edir. Bu, immun sistemini pozur.
8. Yeməyi çətinliklə udmaq
Boğazda ağrı udmanı çətinləşdirə bilər. Ancaq belə vəziyyət bir neçə həftə boyu davam edərsə, həkimə müraciət edin. Bu ümumi hal mədə və boğaz xərçənginin erkən əlamətidir.
9. Səbəbsiz göyərmə
Əgər bədənin qeyri-standart nahiyələrində göyərmələ müşahidə edirsinizsə, həyəcan qaldırmaq lazımdır. Yüngül əsassız göyərmələr də leykoz əlaməti ola bilər. Bu zaman qana oksigen daşımaq qabiliyyəti azalır, nəticədə qan laxtaları yaranır.
10. Stulda qan ləkəsi
Bu, yoğun bağırsaq xərçənginin əlaməti ola bilər. Yoğun bağırsaq xərçəngi xüsusilə 50 yaşlı insanlarda daha çox rast gəlinir. Odur ki, təcili həkim nəzarətindən keçin.
11. Dəridə dəyişiklik
Dəri xərçəngi xəstəliyin ən az yayılmış növlərindən biridir və onun erkən əlamətlərini tanımaq çətindir. Əgər xal və ya çilləriniz qaralırsa, onların ölçüləri artırsa onu yoxlamaq lazımdır.
Qəribə formada tünd ləkə melanoma əlaməti ola bilər. Xoşbəxtlikdən, bu növ xərçəng erkən mərhələdə adətən müalicə oluna biləndir.
12. Ağızda xora
Əgər ağızda və ya dilinizdə sağalmayan xəstəlik, ağ, qırmızı ləkələr görünməyə başlayıbsa, bu ağız boşluğu xərçənginin bəzi növlərinin əlaməti ola bilər. Bu simptomlar iki həftə ərzində davam edərsə, həkimə müraciət etmək lazımdır.

Sağlamlıq     Baxılıb: 2535   Tarix: 27 sentyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

geyim dəbləri geyim seçimi makiyaj etmek qaydalari göyəm mürəbbəsinin resepti çimərlik dəbi 2026 qadın ayaqqabı modelləri elm aid atalar sozleri kosmetika oğlan evine aid hakisda englishdilində qulaq vətən haqqında bayatılar dovsan nagillar