Qadınların içki məclisində biabırçılıq - Soyundurub saçını qırxdılar - FOTO
Rusiyanın Qlazov şəhərində sərxoş qadınlar rəfiqələrinə işgəncə veriblər.
Milli.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, altı nəfərlik qrup mənzildə içki içərkən iki qadın tanışlarından birini 5 min rubl oğurlamaqda günahlandırıb.
İddiaları rədd edən qadınla aralarında mübahisə yaranıb və nəticədə həmin iki qadın ona fiziki hücum edib, döyüb və tamamilə soyundurublar. Daha sonra qadının uzun saçlarını demək olar ki, tamamilə kəsiblər.
Hadisədən bir qədər sonra hücum edən qadınlardan biri itirdiyini düşündüyü pulları öz çantasından tapıb, lakin buna baxmayaraq dava bitməyib. O, bu dəfə 25 min rubl itirdiyini iddia edib və zərərçəkəndən qalan 20 min rublu verməsini tələb edib.
Zərərçəkən qadın bir fürsət taparaq qaçıb və tanışlarından kömək istəyib. Onlar dərhal polisə məlumat veriblər. Digər iştirakçıların hadisə zamanı nə etdikləri barədə hələlik dəqiq məlumat yoxdur.
Polis hazırda insidentin təfərrüatlarını araşdırır.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)