QADINLARIN NƏZƏRİNƏ: vaginizmin müalicəsi var

QADINLARIN NƏZƏRİNƏ: vaginizmin müalicəsi varTanınmış həkim-psixoterapevt Orxan Fərəclinin Ailem.az-a qadınlarda vaginizm haqda məqaləsini təqdim edirik.

Vaginizm nədir? Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur. Bəzi qadınlarda bu əlamətlər təkcə cinsi əlaqə zamanı yox, həm də ginekoloji müayinələr, eləcə də gigiyenik tamponlar qoyulması zamanı da özünü göstərir.

Qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxsa da, digərlərində normal cinsi həyatı olmasına baxmayaraq, keçirdiyi hər hansı bir infeksion xəstəlikdən, cərrahi əməliyyatdan və ya psixoloji travmadan sonra da yarana bilər.

Vaginizm xəstəliyinin səbəbləri nədir? Necə olur ki, orqanizmin bir hissəsi bizə "tabe" olmur?

Vaginizm xəstəliyindən əziyyət çəkən pasiyentlərimizin ultrasəs müayinəsində, hormonlarında və ya qan analizlərində bu xəstəliyə səbəb olacaq heç bir ciddi dəyişiklik aşkar edə bilmirik. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yanlış məlumatlar və qorxulardır.

Şəxsi təcrübəmizdə tez-tez rast gəldiyimiz qorxu, yanlış fikirlər və vaginizmə səbəb olacaq əlamətlərin bəzilərini sizin nəzərinizə çatdırırıq:

- Qızlıq pərdəsinin itirilmə qorxusu;
- İlk cinsi əlaqə zamanı çoxlu qan itirmə qorxusu;
- Vagina dəliyinin yerinin bilinməməsi;
- Həyat yoldaşını istəməmək və ya iyrənmək;
- Düşüncədə möhkəmlənmiş əxlaq dəyərləri;
- Genital nahiyəyə əvvəllər dəyən sərt bir zərbə;
- Travmatik edilmiş ginekoloji müayinə və s.

Vaginizmin əlamətləri nədir? Bu problem özünü pasientlərimizdə necə göstərir?

Pasiyentlərimizin demək olar ki, əksəriyyətinin qeyd etdiyi bir şikayət cinsi əlaqə zamanı əlləri vasitəsi ilə həyat yoldaşını özündən itələməsidir. Cinsi əlaqə bəzən çox ağrılı olduğu üçün ancaq ön sevişmə ilə kifayətlənirlər. Təşviş, həddindən artıq çox davam edən qorxu və həyəcan hissi də bütün hallarda pasiyentləri narahat edir. Zaman keçdikcə qadınlarda özünü günahlandırma, ağlama, kövrəlmə, ümidsizlik kimi əlamətlər də peyda olmağa başlayır. Ailədə yaşlıların tez-tez onlara verdiyi "uşaq varmı?" sualı problemi daha da dərinləşdirməyə başlayır.

Cinsi maariflənmənin aşağı olduğu cəmiyyətimizdə, təbii ki, vaginizm xəstələrinin də sayı düşündüyümüzdən daha çoxdur. Bu tip ailələr heç bir müalicə almadan ən yaxşı halda sadəcə ön sevişmə ilə kifayətlənərək ailə həyatlarını davam etdirirlər. Bir çox ailədə isə nəticə heç də həmişə belə olmur. Bu ailələr ilk 2 il ərzində heç bir nəticə olmadığına görə boşanırlar.

Vaginizmin müalicəsi varmı?

Vaginizm 90-95% hallarda dərmansız, yalnız psixoterapiya vasitəsilə həllini tapan psixoloji problemdir. Bu problemi yaşayan ailələrin ən çox etdiyi səhv "bir az vaxt keçşin, düzələr" deməsidir. Təəssüf ki, vaginizm öz-özünə aradan qalxan bir problem deyil. Əksinə, zamanla psixi gərginlik artdığı üçün problem daha da arta bilər. Bu problemdən əziyyət çəkən ailələrə tövsiyəmiz utanmadan, çəkinmədən mütəxəssisə müraciət etmək və qısa müddət ərzində problemlərindən azad olmaqdır. Nəzərə çatdırmaq lazımdır ki, vaginizm cinsi disfunksiyalar içərisində ən asan müalicə olunan problemdir.

Sağlamlıq     Baxılıb: 4076   Tarix: 09 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

sac duzumleri adlarin menasi geyim necə seçməli ziyafət dəbi qadın və din tort reseptləri toy ideyalari kosmetika narin faydasi novruz hakistalari azərbaycan novruz bayramına aid hakışta vətənə aid atalar sözləri