Qalxan balığının faydaları

Qalxan balığının faydalarıQalxan balığı dəniz balığıdır. Onun gözləri başının bir tərəfində yerləşir və əksər hallarda qapalı olur. Qalxan balığının gözləri əsasən onun sağ tərəfində yerləşir. Qalxan balığının bədəni asimmetrik olur və hər tərəfi müxtəlif rənglərdə olur. Onun göz olan tərəfi tünd qəhvəyi, göz olmayan digər tərəfi isə sarı-narıncı rəngdə olur. Qalxan balığı kiçik xərçəng və digər xırda balıqlarla qidalanır. Qalxan balığı 35-40 sm uzunluqda olur və on milyonlarla kürü qoymaq qabiliyyətinə malikdir.
Necə saxlamalı?
Qalxan balığını uzun müddət saxlamaq məsləhət görülmür. Onu tez bir zamanda bişirib yedikdə daha dadlı olur.Onu soyuducunun aşağı bölməsində saxlamaq olmaz. Qalxan balığını qısa müddət ərzində də saxlamaq lazım gəldikdə onu soyuducunun buz olan hissəsində saxlamaq lazımdır.
Qalxan balığının istifadəsi
Qalxan balığı az kalorili və dietik balıqlardandır. O orqanizm tərəfindən asan sorulur. Onun bu xüsusiyyəti tərkibində olan omeqa yağlarının da orqanizm tərəfindən asan sorulmasına səbəb olur. Tərkibindəkilər qalxan balığının ürək-damar xəstələri üçün faydalı olduğunu təsdiqləyir.
Mütəxəssislər qalxan balığını qısa bir zamanda təmizləməyi və bişirməyi məsləhət bilirlər.
Qalxan balığının faydalı xüsusiyyətləri
Qalxan balığı dietik balıqlardandır. Onun tərkibində faydalı yağlar və zülallar var. Qalxan balığının tərkibi fosfor və omeqa yağları ilə zəngindir. Onun tərkibində tiamin, riboflavin, piridoksin, nikotin turşusu və pantoten turşusu var. Qalxan balığının tərkibində olan amin turşuları qanda xolesterinin miqdarının azalmasına səbəb olur.
Qalxan balığının ətində kalium, kalsium, dəmir, maqnium, sink, fosfor və müxtəlif makro, mikro elementlər var. Onun tərkibində olanlar aşağıdakılara səbəb ola bilir:
* su-duz mübadiləsini yaxşılaşdırır
* qlükozanı enerjiyə çevirir
* dişlərin möhkəmlənməsinə səbəb olur
* qanda hemoqlabinin əmələ gəlməsinə səbəb olur
* fermentlərin funksiyasını yaxşılaşdırır
* əzələ və əqli fəaliyyəti artırlılr
* immuniteti artırır.
Qalxan balığı yemək orqanizmin yoda olan təlabatını ödəmək qabiliyyətinə malikdir. O dərinin möhkəmlənməsinə və cavanlaşmasına səbəb olur. Qalxan balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olmur.
Qalxan balığının zərərli xüsusiyyətləri
Allergiyadan əziyyət çəkənlərə qalxan balığı yemək məsləhət görülmür. Qaraciyər və böyrək problemlərindən əziyyət çəkənlərə də qalxan balığı yemək məsləhət görülmür. Azyaşlı uşaqlara qalxan balığı verdikdə diqqətli olmaq lazımdır. Balığın əti qurğuşun və ağır metal zəhərləri ilə zəhərlənmiş olar və bu da uşaqlarda zəhərlənmə əlamətlərinin meydna çıxmasına səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1810   Tarix: 17 noyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan