Qanda xolesterolun artması xərçəng şişlərini OYADIR
Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırma nəticəsində aşkar ediblər ki, xolesterin insan orqanizmində xərçəng şişlərinin böyüməsinə təsir edir.
Milli.Az xəbər verir ki, alimlər siçanlar üzərində aparılmış eksperimentlər zamanı aşkar ediblər ki, xolesterinin səviyyəsinin artması bağırsaqda xərçəng şişinin böyüməsini 100 dəfə sürətləndirir.
Alimlərin fikrinə görə, bu kəşf yoğun bağırsaq xərçənginin müalicəsində kömək edəcək.
Lakin alimlər qeyd edir ki, xolesterindən tam imtina etmək düzgün deyil. Xolesterin orqanizm üçün həyati vacibdir. Xolesterin D vitamini, hormonların sintezində iştirak edir, hüceyrələrin membranlarına daxildir, həzmə kömək edir.
Alimlər qidalanmada "pis" xolesterinin səviyyəsini azaltmağa, "yaxşı" xolesterinin səviyyəsini isə əksinə artırmağa çağırır. Bunun üçün qidalanmada qırmızı və emal olunmuş ətin (kolbasa, sosis və s.) miqdarını azaltmaq, balıq və dəniz məhsulları, meyvə-tərəvəz, yarmalar, qoz-fındıq, paxlalar, zeytun yağı kimi məhsulların miqdarını artırmaq lazımdır. /medicina.az
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları