Qanın laborator analizinin verilmə qaydası

Qanın laborator analizinin verilmə qaydasıQAN

Ümumi qaydalar:

1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.

Aşağıda göstərilən analizlər tam ac qarına (qida qəbulundan 12 saat keçdikdən sonra) verilməlidir:

- Paratireoid hormon - saat 11-ə kimi
- C-peptid, insulin
- kalsitonin
- immunoqramma
- Koaquloqramma
- Biokimyəvi tədqiqatlar (qlükoza, lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər).

2) Su qəbulu analizlərə təsir etmir.

3) Qan analizindən 1 (bir) gün əvvəl alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən, güclü psixiemosional stresslerdən, qida qəbulunda və gündəlik rejimdə ciddi dəyişikliklərdən çəkinmək lazımdır.

4) Analizdən 2 saat əvvəl siqaret çəkmək olmaz.

5) Rentgenoqrafiya, rektal müayinə və fizioterapevtik prosedurlardan sonra qan analizi vermək olmaz.

6) Qan dərman preparatları (məsələn, antibakterial və kimyəviterapevtik) qəbulundan əvvəl və ya 10-14 keçdikdən sonra verilməlidir. Analiz istisna hallar kimi dərman preparatlarının (məsələn, valproik turşusu, antikonvulsantlar) qanda konsentrasiyasını öyrənmək lazım olduqda verilə bilər. Əgər siz dərman preparatları qəbul edirsinizsə, bunu mütləq müalicə həkiminə bildirməlisiniz.

7) Reproduktiv funksiyanın tədqiqi zamanı: hormonlar (FSH, LH, prolaktin, estradiol, testosteron, DHEA-S, progesteron) menstrual tsiklin günündən asılı olaraq ac qarına verilməlidir

Qanın ümumi analizi

Qanın ümumi analizi ac qarına verilməlidir.

Biokimyəvi müayinələr

-lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər, qlükoza, qanın elektrolitləri - tam ac qarına verilir (qida qəbulundan 12-14 saat keçdikdən sonra).

- Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3gün əvvəl purinlərlə (qaraciyər, böyrəklər) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılır.

- Həddən artıq fiziki iş əks göstərişdir.

Hemostaz sistemi (koaquloqramma)

Analiz tam ac qarına verilir. Qan verilməzdən öncə həkimə əkslaxtalanma preparatlarının qəbulu haqqında məlumat vermək lazımdır.

Qan qrupu, qrup və resuz əkscismlərinin təyini

Analizə xüsusi hazırlıq tələb olunmur.

Hipofiz - böyrəküstü sistemin funksional vəziyyəti

AKTH və kortizol üçün qan verməzdən əvvəl sakitləşmək lazımdır (stress qanda hormonların artmasına və nəticələrin yüksəlməsinənə təsir göstərir).

Qalxanabənzər və qalxanabənzər ətraf vəzin funksiyası

Qalxanabənzər vəz hormonları aybaşı tsiklindən asılı olmayaraq ac qarına verilir. Paratireoid hormanlar səhər saat 11:00 kimi tam ac qarına verilə bilər.

Reproduksiya markerləri

Qadınlarda fiziologiyasından asılı olaraq menstrual tsiklin günləri tədqiqatların nəticələrinə təsir edir. Buna görə də FSH, LH, prolaktin, estriol, estradiol, progesteron, DHEA-S, testosteron hormonlarının müayinəsinə hazırlıq zamanı menstrual tsiklin fazasını göstərmək lazımdır. Cinsi hormonların tədqiqatlarının aparılması zamanı müalicə həkiminin təyinatına əməl edərək menstrual tsiklin günlərinə uyğun qan vermək vacibdir.

Hipofizin somototrop funksiyası

Analizə xüsusi hazırlıq tələb olunmur.

Mədəaltı vəzin funksiyası

İnsulin, C-peptid analizləri tam ac qarına verilir.

Autoimmun xəstəliklərin diaqnostikası

Qliadin və insulinə qarşı əkscisimlər, revmotoid faktor tam ac qarına verilir.

Miokard zədələnməsi markerləri

Analizə xüsusi hazırlıq tələb olunmur.

İnfeksiyon xəstəliklər

İnfeksiyalara qarşı tədqiqatlar aparan zaman nəzərə almaq lazımdır ki, yoluxma dövründən və immun sistemin vəziyyətindən asılı olaraq mənfi nəticələr alına bilər. Buna baxmayaraq, mənfi nəticə infeksiyanın olduğunu inkar etmir. Əgər mənfi nəticələr alınıbsa, testin 2 (iki) həftə sonra təkrar verilməsi məsləhət görülür.

QİÇS, siflis, hepatit müayinələri zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Sağlamlıq     Baxılıb: 24299   Tarix: 23 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri