Qanqren
Qanqren (yun. gangraina) - toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.
Növləri
Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren.
Quru qanqren
Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır. Qan axını dayanan zonada şiddətli ağrı olur. Qanqren olan yer soyuyur, dərinin həssaslığı və nəbz itir. Toxumalar kənarlardan mərkəzə doğru ölgünləşir. Bədənin qanqrenli yerinin funksiyası pozulur. Bir müddətdən sonra, ölgün hissə ilə sağlam toxuma sərhədində reaktiv iltihab başlayır və ölgün hissənin qopması ilə nəticələnir. Daxili orqanların aseptik nekrozunda ölgün sahə tədricən yox olur, yerində sist əmələ gəlir.
Yaş qanqren
Yaş qanqrendə zədəli sahə boz-qonur rəng alır, toxumalar şişir, həcmi böyüyür. Adətən, yumşaq kütləyə çevrilir və çürüntü iyi verir, getdikcə çürüyür. Ölgün toxumalar bədəndən ayrılır. Orqanizm zəif olduqda çürümə məhsulları qana keçib sepsislə nəticələnir (bu, şəkər diabetində daha çox təsadüf edilir). Yaş anqrendə zədəli toxumaların üst qatının həssaslığı itir, dəridə ağrı olur. Temperetur yüksəlir.
Müalicəsi
Qanqreni törədə bilən səbəbləri aradan qaldırmaq, qan köçurmək, antibiotik vurmaq. Bunlar müsbət nəticə vermədikdə cərrahi əməliyyat.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Tər çox güclü dərman imiş
Məşhur müğənninin qardaşı saxlanıldı
Elşad Qarayevin vəsiyyəti nədir?
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram