Cinsiyyət orqanında narkotik daşıyan 33 yaşlı qadın hamını Dəhşətə Gətirdi+FOTO

Cinsiyyət orqanında narkotik daşıyan 33 yaşlı qadın hamını Dəhşətə Gətirdi+FOTOCəzasının 5 ilini çəkdiyi üçün azadlığa çıxmaq istəyir

İrandan Azərbaycana cinsiyyət orqanında külli miqdarda narkotik vasitə gətirdiyinə görə azadlıqdan məhrum edilən, 33 yaşlı Xəyalə Hüseyn qızı Hüseynova məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Xətai rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, X.Hüseynovanın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov baxıb və 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü İslam Səmədov 2014-cü ilin fevral ayının əvvəlində İran İslam Respublikasında yaşayan, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslərlə və tanışı, 1984-cü il təvəllüdlü Əli Ağayevlə İrandan Azərbyacana külli miqdarda narkotik vasitə gətirmək barədə sövdələşiblər.

İslam Səmədov daha sonra tanışı, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovan pul müqabilində narkotik vasitəni gizlətməklə Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli keçirməyə razılaşdırıb.

O, aralarındakı razılaşmaya əsasən 12 fevral 2014-cü il tarixdə Əli Ağayevə 1500 ABŞ dolları verib. Ona, Xəyalə Hüseynova ilə birlikdə 13 fevral 2014-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərinə gedib, orada qrupun digər üzvündən həmin məbləğdə pul müqabilində külli miqdarda heroin narkotik vasitəsini əldə edərək, ölkəmizə gətirmələri barədə göstəriş verib. Onun göstərişinə əsasən, Əli Ağayev Xəyalə Hüseynova ilə birgə 13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan İran İslam Respublikasının Biləsuvar şəhərinə keçib. Onlar İranda şəxsiyyəti müəyyənləşdirilməmiş qrup üzvünə qeyd olunan məbləğdə pulu verib, əvəzində 181,105 qram çəkidə heroin narkotik vasitəsini alıb.

Əli Ağayev 1 sellofan bükümündə narkotik vasitəni Xəyalə Hüseynovanın cinsiyyət orqanına yerləşdirib və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daşıyaraq həmin gün saat 17:00 radələrində Əli Ağayevin müşayiəti ilə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Səmədov 8 il 11 ay 28 gün, Əli Ağayev 8 il 6 ay, Xəyalə Hüseynova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Cinsiyyət orqanında narkotik daşıyan 33 yaşlı qadın hamını Dəhşətə Gətirdi+FOTO

Xəbərlər     Baxılıb: 2608   Tarix: 01 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

adlarin menasi gözəllik məhsulları yaz geyimleri 2026 qonaq otağı üçün pərdələr agil haqqinda atalar sözləri gelinlikler tursu qovurma kosmetika aysel veten haqqinda bayati big.az atalar sözü laylalar