Qarabağda azərbaycanlıların əsir düşərgələri

Qarabağda azərbaycanlıların əsir düşərgələriKeçən il Kəlbəcərə turist kimi getmiş əcnəbilər, işğal altındakı torpaqlarımıza səfər etmiş Gürcüstan vətəndaşları əsir azərbaycanlıların qul kimi işlədildikləri yerləri aşkarlamışdılar. Məlumatlara görə, həmin şəxslər Kəlbəcərdə Zod kəndi yaxınlığındakı əraziləri gəzərkən oradakı mədənlərdə işləyən çəlimsiz, yarıac, yarıçılpaq xeyli sayda adam görüblər.

Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işçilərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. Əzaba, ağır şərtlər altında işləməyə dözməyib ölən əsirlərin izini isə elə həmin ərazidəcə itirirlər...

Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslər 4210 nəfərdir. Onlardan 3401-i hərbçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.

Dağlıq Qarabağda qanlı müharibələrin başladığı ilk günlər azərbaycanlı əsirləri Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak şəhərində zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə (Ermənistan, ünvan; 306-cı məhəllə), digərləri Əsgəran rayonunda (Qarabağ) yerləşən bankın zirzəmisi, Şuşa həbsxanasının zirzəmisi idi. Girov götürülmüş qadınlar isə Xankəndidə uşaq bağçalarında saxlanılırdı.

Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir. Kəlbəcər rayonunda qızıl çıxarılan mədənlərin içərisində, Gümrüdə keçmiş hərbi bazalarda... Əsirlər ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilib. Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamların konkret saxlanma yerini açıqlamağa qorxurlar. Hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarında qul kimi işlədilir.

Əsasən, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. İrəvanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan, əsasən, ağır fiziki işlərdə istifadə olunur.

ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.

Erməni əsirliyində olmuş Pənah İskəndərovun izahatından: "Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndinə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndidə tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik. Qarnımdan aldığım yara çirk elədiyi üçün Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram, Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü".

1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin Azərbaycanın tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin söküldüyünü və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirib.

Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin dağıdılmasına etiraz olaraq intihar etdikləri bildirilir. Belə şəxslərdən Məmmədəli Qasımovun adını çəkmək olar. Guya o, 16 iyun 1994-cü ildə qaçış zamanı öldürülüb. Əslində, bu şəxs azərbaycanlı məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib.

Digər bir soydaşımız - Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə aparılaraq güllələnib.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdi.

Səfər Babayev adlı əsirimiz Qarabağda qəbir daşlarını sökməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində meyiti ailəsinə təhvil verilib. Əsirlikdə olan soydaşlarımızın verdiyi məlumatlara görə 5 azərbaycanlının Drambon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.

1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında yazır: "Şuşa şəhərində saxlandığım dövrdə orada azərbaycanlıların qəbiristanlığındakı başdaşlarının, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam.

Bundan başqa, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə nişanlı maşınlarla birbaşa Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".

Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə məskunlaşmış Əliyev Akif Yusif oğlunun məlumatına əsasən, Kəlbəcər rayonu işğal olunan zaman yaxın qohumları və ailə üzvləri ermənilər tərəfindən girov götürülüb. Qarşı tərəflə radioəlaqə zamanı onların Kərkicahan kəndindəki fermada saxlandıqlarını, təsərrüfat işlərinə cəlb edildiklərini öyrəniblər.

Əsgəran rayonunun Daşbulaq kəndindən olan, milliyyətcə erməni Şahverənov Suqanın Moskva şəhərində verdiyi məlumata görə, bir qrup azərbaycanlı Daşbulaq kəndində saxlanılıb, onları kənd təsərrüfatında işlədirlər.

1991-1993-cü illərdə əsir düşən uşaqların çoxu orqan mafiyasının qurbanı olub. Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15, France) adına xəstəxana ilə əlaqə quraraq bu işə rəhbərlik edən 1962-ci ildə Sumqayıtda anadan olmuş Laura Gevorkovna Lalayandır. Bu "qadın" müharibə illərində əsir düşən uşaqların orqanlarını çıxararaq dünya qara bazarında satışını təşkil edib. Bu günə qədər tam olaraq adı bir sənəddə keçməyən xəstəxanaya uşaqları qəddar terrorçu qadın Laura Lalayan aparırdı. Burada uşaqlara fiziki əzab verilməsi ilə yanaşı, mənəvi əzablar da verilirdi. 1992-ci ildə Ermənistan Elmlər Akademiyasının fizika bölməsinin əməkdaşı Aleksandr Tamanyanın rəhbəri olduğu "X" məxfi qrupunun üzvləri ilə birgə həyata keçirilən bu əməliyyatdan Laura və Aleksandr külli miqdarda pul götürürdülər. Hazırda Lauranın yaratdığı məktəbdə əsir və girovların övladları hazırlanır. Məktəbdə əsir azərbaycanlı uşaqlara dərs proqramı belə hazırlanıb: ilk olaraq hər səhər Ermənistan himnini dinlədirlər, daha sonra xaça səcdə və "əzabkeş erməni xalqına" dua edirlər. Ardınca erməni tarixindən seçmələr, erməni mədəniyyəti və türkün düşmən olduğunu göstərən xüsusi psixoloji dərslər keçirlər.//qaynar.info

Xəbərlər     Baxılıb: 2807   Tarix: 23 oktyabr 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

aksessuarlar geyim dəbləri maskalar aybasi ucun derman dırnaqlara qulluq huseyn cavid seirleri oğlanlar necə qızları sevirlər kosmetika xerceng rus dilini öyrənək kahfe kali aysel hekaye janri