Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin

Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edinSon günlər sosial şəbəkələrdə ağcaqanad dişləmələri ilə bağlı paylaşımların sayı artıb. Xüsusilə uşaqlarda üz və göz nahiyəsində şişkinliklərin, böyüklərdə isə müxtəlif dəri yaralarının yarandığı bildirilir. Bir çox vətəndaş əvvəllər belə hallarla rastlaşmadıqlarını qeyd edir. 
Məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, havaların istiləşməsi ilə ağcaqanadların sayının artması təbii prosesdir və bu dövrdə insanların özlərini qoruması vacibdir.
O bildirib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə olunsa da, qoruyucu yağlar daha faydalı seçimlərdən biri hesab edilə bilər.
Terapevt qeyd edib ki, ağcaqanad dişləməsindən sonra yaranan şikayətlər bəzən orqanizmin allergik reaksiyası ilə də bağlı ola bilər. Onun sözlərinə görə, bəzi hallarda isə ikinci infeksiya riski yaranır:
"İkinci infeksiya o zaman baş verir ki, insan dişlənən nahiyəni qaşıyaraq dırnağı vasitəsilə ora bakteriya ötürür və ya toxunduğu hər hansı əşyadan infeksiya keçir".
G.Lətifova Azərbaycanda fərqli və təhlükəli ağcaqanad növlərinin geniş yayılması ilə bağlı təsdiqlənmiş araşdırma nəticələrinin olmadığını vurğulayıb:
"Bu mövzu zaman-zaman gündəmə gəlsə də, hazırda ölkəmizdə bunu təsdiqləyən elmi nəticələr yoxdur. Sosial şəbəkələrdə isə ayrı-ayrı hallar dəfələrlə paylaşıldığı üçün məsələ bəzən olduğundan daha böyük görünür".
Həkim bəzi əlamətlərin müşahidə olunduğu halda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib:
"Əgər dişlənən nahiyədə və ya üzdə sürətli şişkinlik yaranarsa, nəfəs almaqda çətinlik olarsa, yüksək hərarət müşahidə edilərsə, yaxud yara böyüyərək irinləyərsə, mütləq həkimə müraciət edilməlidir. Özbaşına müalicə düzgün yanaşma deyil və bundan çəkinmək lazımdır".
Mina Mikayılova

Xəbərlər     Baxılıb: 1050   Tarix: 11 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

maskalar hamilelikde qidalanma geyim necə seçməli dostluq haqqında atalar sözləri necə tez arıqlayım ariqlamaq ucun kofe hamiləlik hesablama kosmetika novruz bayramına aid novruz bayramına aid bakışta qiz evi faydalı maskalar tut ağacı tutdudu