Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qidaQaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir.
"Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyəri "təmizləyən" qidalarla bağlı yayılan mifləri şərh edib və bu orqanın sağlamlığını dəstəklədiyi elmi araşdırmalarla təsdiqlənən qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin xüsusi "detoks" proqramlarına deyil, iltihabı azaldan, yağlanmanın qarşısını alan və qaraciyər hüceyrələrinin fəaliyyətini dəstəkləyən düzgün qidalanmaya ehtiyacı var.
Təbii qəhvə
Loginov bildirib ki, gündə 2-3 fincan şəkərsiz və qaymaqsız qəhvə (espresso və ya americano) qəbul etmək qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini azalda bilər. Qəhvənin tərkibindəki kofein və polifenollar qaraciyərin yağlanmasını azaltmağa kömək edir, həmçinin qaraciyər funksiyasını göstərən ALT və AST fermentlərinin səviyyəsinə müsbət təsir göstərir.
Yağlı balıqlar
Qızılbalıq, skumbriya və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabı azaldır, insulinə həssaslığı yaxşılaşdırır və alkoqolsuz qaraciyər yağlanması riskinin azalmasına kömək edir.
Ənginar
Qastroenteroloqun sözlərinə görə, ənginarın həm özü, həm də ekstraktı qaraciyər üçün faydalıdır. Tərkibindəki sinarin və xlorogen turşusu öd ifrazını stimullaşdırır, antioksidant təsir göstərərək qaraciyər hüceyrələrini zədələnmədən qoruyur.
Zeytun yağı
Heyvan mənşəli yağların zeytun yağı ilə əvəz edilməsi qaraciyərdə piy yığılmasını azaltmağa kömək edə bilər. Zeytun yağının tərkibindəki tək doymamış yağ turşuları və hidroksitirozol qaraciyər sağlamlığını dəstəkləyir və yağlı qaraciyər xəstəliyi riskini azaldır.
Mütəxəssis vurğulayıb ki, qaraciyərin sağlam qalması üçün möcüzəvi "təmizləyici" vasitələrə deyil, balanslı qidalanmaya, sağlam həyat tərzinə və zərərli vərdişlərdən uzaq durmağa üstünlük verilməlidir.//E-saglam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1133   Tarix: 02 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

turlar.az

gözəllik məhsulları gozel gorunmek kosmetoloq qadin sayti məlhəmlər at gucu nece hesablanir qara tutun faydalari kosmetika rus dilin nece orenek novruz bayramina aid hakista baldıza aid hakışta birlik haqqinda masturbasiya