Qaraciyərdə kalsinatlar

Qaraciyərdə kalsinatlarQaraciyər digər orqanlara nisbətən daha çox qayğıya ehtiyac duyur. Qaraciyər xəstəlikləri sayca çoxluq təşkil edir. Lakin müalicəsi adətən uzun və monotondur. Erkən müayinə düzgün diaqnoz qoymağa və müalicəyə başlamaq üçün faydalıdır. Çox təəssüfki qaraciyər xəstəlikləri yalnız yaşlılarda deyil hətta uşaqlarda da yarana bilər. Xəbərdarlıq əlamətlərinə məhəl qoyulmazsa xəstəliyin irəliləməsi, xroniki prosesi yaranar və hətta ölümə gətirib çıxara bilər. Xroniki xəstəliklərin müalicəsi daha mürəkkəb və uzun olmaqla yanaşı bəzən tez-tez digər orqan və sistemlərində sıradan çıxmasına səbəb olurlar.
Bütün qaraciyər xəstəlikləri bədən toxumalarının iltihabı və onun funksiyalarının pozulması ilə bağlıdır. Xəstəliyin səbəbləri müxtəlifdir: viruslar, bakteriyalar, helmintlər, pəhriz pozulması və bədəndə metabolik proseslər, immun sistemində baş verən qəfil axsamalar, digər xəstəliklərin ağırlaşmaları, onkologiya. Xəstəliyin erkən mərhələdə uğurlu diaqnozu, müalicə kursu keçməsi qaraciyərin funksiyasını bərpa edir. Nəticədə isə insan həyatdan zövq almağa davam edir. Lakin bəzən digər nəticələrdə olur. İltihab yerində kalsinatlaşma yaranır. Bu xəstəlik nə qədər təhlükəlidir gəlin araşdıraq.
Kalsinatlar nədir və necə yaranırlar?
Bəzən xəstəlikdən sonra, yəni bütün simptomlar getdiyində və qaraciyər stabil fəaliyyət göstərməyə başladıqda təsadüfi ultrasəs yaxud da rentgen müayinəsi zamanı Həkimlər kalsinatlar aşkar edirlər.
Kalsinatlar adətən qaraciyərin vərəm, malyariya, amöbiaz kimi infeksion xəstəliklərə yoluxması nəticəsində yaranır. Bu növ kalsium çöküntülərinə bütün orqan və toxumalarda rast gəlmək olar. Nadir hallarda kalsinatları keçirilmiş hepatitlərdən və qaraciyərin uzun iltihabı zamanı aşkar edirlər. Qaraciyərin şişləri zamanıda belə duz "yataqları" aşka olunan hallar mümkündür.
Kalsinasiya prosesi orqanizmin qoruyucu funksiyalarına aid edilə bilər. Beləki bununla insan orqanizmi səbəbi "sementləyərək" özünü təhlükənin yayılmasından qoruyur. İlk öncə infeksiya və ya hər hansısa səbəb üzündən orqanın toxuması zədələnirki bu da qaraciyərin uzunmüddətli iltihabına və yaxud da hüceyrələrin məhvinə gətirib çıxarır. Tədricən orqanizmin müdafiə gücü qoşulur və ölmüş hüceyrələrin yerində xəstəliyi yayılmasının qarşısını alan duz lövhələri yaranır.
Kalsinatlar müxtəlif olur:
- tək;
- çox;
- xətti;
- iri;
- xırda.
Bu mineral lövhələr qaraciyərin müxtəlif hissələrində, qan damarlarında və öd yollarında yarana bilər. Kalsinatların yaranması bəzən orqanizmdə metobolizm proseslerinin pozulması, məhz kalsium mübadiləsinin patologiyası zamanı baş verir.
Qaraciyərdə kalsinatları necə diaqnoz etmək olar?
Belə diaqnozlar adətən təsadüf nəticəsində qoyulur, yəni hər hansısa digər orqanların müayinəsi zamanı aşkar edilə bilər. Kalsinatlar qaraciyərdə uşaq vaxtı travmalar zamanı, iltihab prosesi keçirildikdən sonra və ya təsadüfən yetişkənlik yaşında yarana bilər.
Rentgen müayinəsi - kalsinatlar yüksək sıxlığa malikdir və rentgen görüntüsündə çox yaxşı görünürlər.
Ultrasəs müayinəsi - adətən qaraciyər və öd kisəsinin digər patalogiyası üçün istifadə edilir. Bu üsulla böyük kalsinantları müəyyən etmək mümkündür.
Maqnit-rezonans və ya kompüter tomoqrafiyası dəqiq yeri və ölçünü müəyyən edə bilər.
Kalsium mübadiləsinin pozulması halı şübhə yaratdıqda onun qandakı səviyyəsini müəyyən etmək lazımdır.
Qaraciyərdə kalsinatları müalicə etmək lazımdırmı?
Kalsinatlar özləri müalicə tələb etmir. Lakin aşkarlandığı zaman onların ilkin yaranma səbəblərini müəyyən etmək lazımdır. Qaraciyərin xroniki xəstəliyi zamanı stabilləşmə yaranana qədər müalicə kursu almaq lazımdır.
Əgər diaqnoz cavabları mənfi olarsa, buna baxmayaraq qaraciyər stabil işləyərsə o zaman bu növ kalsinatları müalicə etməyə ehtiyac yoxdur.
İnsan özünü necə hiss etməsinə, sağ tərəfdə ağrı və ağırlığın yaramasına, həzm prosesinə diqqət və nəzarət etməlidir. Həkim müayinəsinə getdikdə həyəcanınızın boşa çıxması xəstəliyin ilk mərhələsini və boşuna nəticəsiz müalicəyə vaxt itirməkdən daha yaxşıdır.
Qaraciyər funksiyasının tənzimlənməsi və xəstəliyin qarşısını almaq üçün düzgün qidalanma və pəhriz seçmək, bəzi yemək vərdişlərini dəyişmək kimi qaydalara riayət etmək tövsiyə olunur. Daha çox mövsumi meyvə-tərəvəzlərdən, göyərti, az yağlı olan ət və süd məhsullarından istifadə edilməlidir. Dəniz balıqlarına, zeytun yağı kimi bitki yağlarına üstünlük verilməlidir. Qənnadı məmulatlarını bal, qoz-fındıq, quru meyvələr, mövsüm meyvə və giləmeyvələri ilə əvəz etmək olar. Yeməklər daha çox buxarda bişmiş və qaynadılmış halda qəbul etmək məsləhətdir. Siqaret, spirtli içkilər, tünd çay və qəhvədən imtina edilməli. Kifayət qədər adi su içilməlidir. Su çatışmazlığı zamanı orqanizmdə şlaklar yaranması baş verir.
Belə xəstəlik zamanı xalq təbabətindən istifadə edərək də müalicə almaq istəyi yarana bilər. Lakin həkim müayinəsi və müalicəsi daha dəqiqdir. Çünki xalq təbabəti ilə özünü müalicə nəinki fayda verməyə bilər, ən pis halda orqanizmə əks təsir edərək onun vəziyyətini daha da pisləşdirər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1374   Tarix: 14 yanvar 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı