Qaraciyərin detoksikasiya funksiyasını dəstəkləyən QİDALAR

Qaraciyərin detoksikasiya funksiyasını dəstəkləyən QİDALARİnsan - təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühitin istənilən dəyişikliyinə çox həssaslıqla cavab verir. İnsan da daxil olmaqla, bütün canlıların hüceyrələrdə gedən biokimyəvi proseslər milyonlarla illər əvvəl formalaşmışdır və bütün bu müddət ərzində canlı dünyanın təkamülü ideal ekoloji təmiz mühitdə baş vermişdir.
Lakin 21-ci əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişmişdir. Ekzoekologiyanın, yəni ətraf mühitin kobud şəkildə dəyişməsi orqanizmin endoekologiya adlanan daxili mühitini də kritik duruma salmışdır. Yeni xəstəliklər yaranmış, məlum xəstəliklərin gedişatı pozulmuş, atipikləşmişdir. Bəşəriyyət dərmanların təsirinin zəifləməsi və dəyişməsi, müalicənin effektsizliyi ilə üz-üzə qalmışdır. Müasir insanın orqanizmi toksinlə aşırı dərəcədə yüklənmişdir.
Əsas çirkləndirici amillər:
- Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, dərmanlar, sənaye toksinləri)
- Stress endotoksinləri
- Yanlış qidalanma (yanlış qida seçimi və rejimi)
- Kosmik şüalar, geomaqnit sahələr
- Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdişlər, fiziki və ya psixi yüklənmə)
- Maddələr mübadiləsi pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşuları)
- Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər, yağ turşuları, retinoidlər)
- Regional klimatik amillər
Hər bir xəstəlik ilk öncə orqanizmin təşkil olunduğu hüceyrələrin xəstəliyidir. Hüceyrələr hüceyrəarası sahədə (interstisium) yerləşir. İnterstisium vasitəsilə hüceyrələrə qidalı maddələr gəlir, elə bu yolla da işlənmiş maddələr xaric olunur. Hüceyrələrimiz interstisial sahənin çirklənməsindən əziyyət çəkir. Toksinlər 3% qanda, 7% limfada, 7% hüceyrələrdə, 83% isə hüceyrəarası sahədə toplanır.
Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləşdirilməsi prosesi tarazlaşdırılmışdır. Təkamül prosesində zərərli maddələrin çevrilməsi və xaric edilməsini təmin edən mükəmməl detoksikasiya sistemi formalaşmışdır. Lakin toksin yükünün artması bu sistemi yükləyərək, bir çox xroniki xəstəliklərin, həmçinin xroniki yorğunluq, əzələ zəifliyi, əqli pozulmalar ilə xarakterizə olunan sindromların inkişafını provokasiya edə bilər.
Detoksikasiya və ya ksenobiotiklərin biotransformasiyası adlanan bu sistemə daxildir:
- İmmun sistemi
- Qaraciyərin detoksikasiya sistemi
- Ekskretor orqanlar sistemi: mədə-bağırsaq traktı, böyrəklər, ağciyərlər, dəri
Biotransformasiya fermentlərinin zənginliyi və yüksək aktivliyinə görə detoksikasiya əsasən qaraciyərdə gedir. Həmçinin  portal sistem mədə bağırsaq traktına düşmüş bütün maddələrin ümumi qan dövranına düşməzdən əvvəl onun qaraciyərdə keçməsini təmin edir.
Biotransformasiya sistemi 2 fazadan (bəzən 3 faza qeyd olunur) ibarətdir -  bioaktivasiya fazası və konyuqasiya fazası. Birinci faza reaksiyaları 150-dən çox fermenti birləşdirən Sitoxrom P450 sistemi (CYP450) və bir sıra digər fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlərin aktivliyi insanın genetik xüsusiyyətindən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır. Bu fazada bəzi məhsullar, bioaktivasiya olaraq suda həll olan formaya çevrilib ekskresiya olunur (kofein, dərmanlar). I faza reaksiyaları aralıq məhsullarının yaranması ilə müşayiət olunur. Bu maddələr bəzən ilkin maddədən də çox aqressiv xassəli olub, hüceyrələrə dağıdıcı təsir göstərə bilir (buna görə onların dərhal II faza fermentləri vasitəsilə zərərsizləşdirilməsi çox vacibdir). Həmçinin I fazada sərbəst radikalların istehsalı artaraq oksidativ stresin güclənməsinə səbəb olur.                                                                                                                                                                 
Beləliklə, biotransformasiyaya məruz qalmış bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlar vasitəsilə orqanizmdən xaric edilir.
Detoksikasiyanın iki fazası bir biri ilə sıx əlaqəli çalışmalıdır və I və II faza arasında balansın qorunması çox vacib məqamdır. II faza proseslərinin sürəti I fazada əmələ gələn reaktiv aralıq məhsullarının yaranma sürəti ilə eyni olmalıdır. Əks təqdirdə reaktiv maddələrin yaranma və çevrilməsində disbalans qaçılmazdır, çünki I fazada yaranan maddə dərhal konyuqasiya olunub xaric edilmədikdə, DNT/zülallarla birləşib geridönməz hüceyrə reaksiyaları törədə bilər.
Əgər II faza hər hansı səbəbdən inhibə edilərsə, və ya I faza daha sürərlə gedərsə, tarazlıq pozulur. Məsələn, bəzi dərmanlar I fazanı inhibə edə bilər ki, bu zaman toksinlər dəyişilməz olaraq qalır. Və yaxud tütün, alkoqol, bəzi medikamentlər I fazanı sürətləndirərək, balansı poza bilər. Buna görə də biotransformasiya edilmiş molekulların tez bir zamanda II faza reaksiyalarına məruz qalıb eliminasiya olunması çox mühümdür. Həm birinci, həm ikinci fazanın mükəmməl çalışması müxtəlif nutrientlərdən asılıdır.
I fazada Sitoxrom P450-nin normal fəaliyyəti üçün vitamin və mikroelementlər, o cümlədən, Fe, Mg, Mo, Zn, Cu, S; həmçinin C, E, B qrup (B1, B3, B5, B6, B9, B12) vitaminləri, alfa-lipoy turşusu vacibdir. Bu maddələr Sitoxrom P450-ni kofaktorları olub sərbəst radikalların zərərsizləşdirilməsində iştirak edirlər.
Bir çox qoruyucu xassəli bitki nutrientləri II faza enzimlərini tənzimləyən genlərin ekspressiyasını induksiya edərək, konyuqasiyaedici zülalların sintezini artırır və II fazanın aktivliyini yüksəldir (qlisin, qlutation, Vit B6, kurkumin). Vit B12, fol turşusu, metionin, betain və xolin metilləşməni, sistein, metionin, taurin sulfatasiyanı dəstəkləyir.  
Bəzi maddələr monofunksional induktor qismində çıxış edərək, yalnız I yaxud II faza fermentlərinə təsir edir. Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışaraq, detoksikasiyanı optimal balansda saxlayır. Bunlara bir çox giləmeyvə və narın tərkibindəki Ellagik turşusu (ellagik acid), yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli, gül kələmi) tərkibindəki qlükozilatlar və s. aiddir.
- Yaşıl çayın tərkibində olan katexinlər - II faza fermentləri olan qlutation S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır, I faza Sitoxrom P450 -nin spesifik biotransformasiya enzimlərinin isə həddən artıq induksiyasını inhibə edir.
- Giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın tərkibindəki Ellagik turşu (ellagik acid) - I fazada biotransformasiyanı modulyasiya edir, II fazada qlutation-S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır.
- Brokkolinin tərkibində olan İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir.
- Ənginar - antioksidant müdafiəni təmin edir.
- Acı qıjı bitkisinin qlükozilatları - hər iki faza fermentlərini modulyasiya edir.
- Alaqanqalın tərkibində olan silimarin - qlutation və qlutation-peroksidazanın səviyyəsini artırır və qlutation-S-transferazanı induksiya edir. Həmçinin, silimarin qlikozidləri güclü antioksidant xassəyə malikdirlər.
- Naringi, portağal və limon qabığında olan D-limonen maddəsi
- Soğan və sarımsağın tərkibində kükürd (allisin komponenti), selen və s.
Bifunksional modulyatorların bu xassələri meyvə-tərəvəzlə zəngin rasionun xroniki qeyri-infeksion xəstəlik riskinin azalması arasında əlaqəni göstərir. Məhz giləmeyvə və tərəvəzlər bifunksional modulyatorların ən zəngin mənbəyidir.
Detoksikasiyanın mükəmməl getməsi üçün kifayət qədər ATF sintezi vacibdir. Təəssüf ki, bir çox toksinlər və sərbəst radikallar mitoxondrilərin funksional aktivliyini inhibə edərək, ATF hasilatını əngəlləyir. Mitoxondrilərin funksional aktivliyini dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar; sərbəst radikalları zərərsizləşdirmək üçün Vit C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir.
Həmçinin, enerji hasilatının mühüm mənbəyi olan, yüksək biomənimsənilməyə malik yağ turşuları müntəzəm qəbul edilməlidir. Sübut olunub ki, zeytun yağı kimyəvi zədələnmə səbəbli qaraciyər fibrozundan qoruyucu xassəli olduğundan detoksikasiya prosesi üçün bitki yağı mənbəyi ola bilər. EPA və DHA omega -3 yağları qlutationtransferaza və qlutationperoksidaza fermentlərinin funksional aktivliyini artırmaqla disbalansı azaldır.                                                                                                                                                                 
Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsaq vasitəsilə xaric edilir. Bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir.  Qida lifləri ən aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək biotransformasiya olunmuş toksik maddələrin normal ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrək funksiyasının dəstəklənməsi və hidrofil toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir.
Beləliklə, optimal sağlamlığın qorunması və xroniki qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında toksinlərin emal edilib eliminasiyası ən vacib şərtdir. Bu prosesin optimal gedişatında nutrient faktoru başlıca rol oynayır. Bu baxımdan seçici, sağlam, vitamin və minerallarla zəngin qidalanma - mükəmməl detoksikasiyanın və deməli, sağlamlığın mühüm komponentlərindən biridir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1185   Tarix: 15 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oruclu insan niyə daha sağlam olur?

Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir. qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlə

.

Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

.

Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

Beyin insan bədəninin ən mürəkkəb və sirli orqanlarından biridir. Optimal qidalanma ilə qocalığa qədər tam gücü ilə işləyir. Ancaq təəssüf ki, bir çox yemək vərdişlərimiz onun sağlamlığına xələl gətirə bilər.   -a istinadən xəbə

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar. -a istinadən banan və plantainin fərqi barədə məlumat verir. Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir

.

Kartofun kişilərə faydası - Cinsi aktivlik

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur. axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:. 1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsini

.

Kimlər mütləq kəsmik yeməlidir?

Kəsmik, mezofil laktik turşu bakteriyalarının təsiri altında həyata keçirilən laxtalanma adlanan prosesdə südün təbii və ya süni fermentasiyası məhsulunun bərk hissəsidir. Süd törəməsi olmasına baxmayaraq, laktoza dözümsüzlüy

turlar.az

sonxeber.az qaşların formalari aksessuarlar toy gecesi intim piercing yay donlari fotoqaleriya zaur baxşəliyev kosmetika sekisler burclər vətənə aid bayatı uşaq şeirləri sanamalar