Qaraciyərin və öd (ətiacı) qovuğunun xəstəlikləri – Hepatit xəstəliyinin – təbii müalicəsi

Qaraciyərin və öd (ətiacı) qovuğunun xəstəlikləri – Hepatit xəstəliyinin – təbii müalicəsiHepatit xəstəliyinin – təbii müalicəsi
Qaraciyər orqanizmin "qan fabriki" olduğu üçün onu daim soyuqdan, piylənmədən, zülallı qidalardan qorumaq lazımdır. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya – özünü bərpa – qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmış hüceyrələrin də yükünü öz üzərinə götürür. Hepatit B ilə yoluxan yaşlı insanların çoxunda infeksiya kəskin başlayır və əsasən tam sağalma ilə yekunlaşır. Amma yeni doğulmuş və uşaqlarda vəziyyət fərqlidir. Belə ki, doğuş zamanı və ya 1-5 yaş arasında HBV ilə yoluxmuş uşaqlarda xəstəlik xroniki xarakter alır. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr HBV müəyyən edir. Hepatit B elmə məlum olan 6 virus hepatitindən biridir.

Digər Hepatit növləri bunlardır: hepatit A, C, D, E və G. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyi və yayılma yolları ilə fərqlənirlər. Əlamətlər Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir. Bu əlamətlədən aşağıdakıları sadalamaq olar:

– İştahın itməsi;

– Ürəkbulanma və qusma;

– Ümumi zəiflik və yorğunluq;

– Qarında, xüsusilə də sağ qabırğaaltı nayihədə ağrılar;

– Sidiyin qara rəngdə olması;

– Dəri və gözün selikli qişasında saralma;

– Oynaqlarda ağrı;

Heç bir əlamət olmasa, belə Hepatit B ilə yoluxmusunuzsa, o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə, mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız.

1. Lavanda çiçəyi dəmlənilir yatmamışdan 30 dəqiqə öncə içilir. 1 ay davamlı edilməlidir.

2. Qarğıdalı saçağı

Boymadərən

Kasnı

Solmaz çiçəyi

Çobanyastığı

Dazotu

Hərəsindən 40 qr. götürülür 2 litr soyuq suda 12 saat saxlanılır, 5 dəqiqə odun üzərində qaynadılır, soyudulur, süzülür, soyuducuda saxlanmaq şərtilə gündə 4 dəfə 100ml (yarım st.) içilir. 1-si səhər acqarnına, digərləri yeməkdən 30 dəqiqə sonra içilir. Lakin bu dəmləmələri böyrək-öd daşı olanlar içə bilməz, mədəsində turşuluğu olanlar boymadərəni reseptdən çıxarsınlar. Bu müalicə zamanı pəhriz saxlanılsa, daha yaxşı olar (yağlı, qızartma olmaz). Pəhriz saxlanılmasa da, bu müalicənin arıqladıcı təsiri var. Bunlarla bərabər immunitetqaldırıcı vasitələr də içilməlidir: uzunsov balqabağın başı kəsilir, tumları təmizlənir, içinə 1st. xalis bal tökülür. 3-5 gün saxlanılır. Bal balqabağın suyu ilə qarışır, şüşə qaba süzülür, soyuducuda saxlanılır, gündə 3 dəfə 2x.q içilir. uşaqlara 3 dəfə 1 ç.q verilir.

Bunu bir neçə dəfə təkrar etmək lazımdır. sitrus meyvələr (portağal, limon, feyxua və s. ) sarımsaq, soğan, bal, tut doşabı gündəlik istifadə edilir.

DƏMLƏMƏLƏR: itburnu qızıl gül ləçəkləri (təzyiq salmaması üçün şirin içilir) levzey cövhəri, andız kökü. Hər biri 20 gün içilir. Yaxşı olar ki, gündəlik qara çayın əvəzinə dəmlənilib içilsin. Hər dəfə 1 stəkan çay süzüb içdikdə qara çayı nə qədər tökürsünüzsə, dəmləmələri də o qədər töküb üzərinə ağ tökəcəksiniz.

3. Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumu, dazotu yuyulur, qurudulur, üyüdülür 4-ü də eyni miqdarda qarışdırılır. Bu qarışıqdan 1 x.q götürülür 1litr qaynar suda dəmlənilir, soyudulur, səhər-axşam yem. 30dəq. qab.1st 1ç.q balla qarışdırılır içilir.

Bu qarışıq ildə yalnız 1 dəfə edilir. Bu dəmləməni qaraciyər problemindən əlavə öd, böyrək, mədə, bağırsaq xəstələri də içə bilər, qana gözəl təsir edir.

4. Qreçka təmizlənilir, yuyulur, qurudulur, üyüdülür 1:1 nisbətində balla qarışdırılır gündə 3 x.q. qəbul edilir.

5. Ağ, qırmızı çuğundur sarı, qara kök ağ, qara turp. Hərəsindən 1 kq götür, şirəsini çək 0.5 kq bala qarışdır. Gündə 3 d. yem. 30 dəq. əvvəlcə stakanın 1/4 hissəsi qədər, sonrakı günlər 100 ml-yə qədər artıraraq içilir. Soyuducuda saxlamaq lazımdır.

6. Limon, bal, zeytun yağı 1;1;1 nisbətinə qarışdırılır gündə 3d. 1x.q içilir.

7. 100 ədəd dəfnə yarpağı 2 litr suda yarısı qalana kimi qaynadılır, soyudulur üzərinə 100qr bal əlavə edilir, gündə 1x.q içilir.

8. Alaqanqal yarpağının – 1 st. şirəsi balqabaq şirəsi – 1 st şirin bibər şirəsi – 1st. ispanaq şirəsi – 1st bal – 0.5st qarışdırılır gündə 1x.q. içilir

9. Solmazçiçəyi – 100qr tozağacı tumurcuğu – 100qr kəcəvər kökü – 100qr kalendula – 100qr bağayarpağı – 100qr Qarışdırılır 2x.q 0.5st suda dəmlənilir . Gündə 3d. 150qr. içilir. 3 aydan bir təkrarlamaq olar. 6 ay davamlı müalicə götürülür sonra qan analizi keçin .

saglamolun.az

Sağlamlıq     Baxılıb: 3367   Tarix: 31 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

gözəllik məhsulları kosmetoloq hamilelikde qidalanma saçlara qulluq ana və körpə veten haqqinda insa veten haqqinda bayatilar kosmetika gozde olar seksler ziyafet geyimleri oxatan kurtlar vadisi