Qardaş bacısını başqa ki̇şi̇ i̇lə tutdu, övladlarının gözü qarşısında … — Bakıda dəhşətli̇ qətl

Qardaş bacısını başqa ki̇şi̇ i̇lə tutdu, övladlarının gözü qarşısında … — Bakıda dəhşətli̇ qətlBacısını 3 övladının gözü qarşısında öldürən qardaş Ali Məhkəməyə müraciət edib.

Xanim.az -ın a24.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 120-ci maddəsi ilə məhkum olunan Davıdov Elşad Anatoli oğlunun Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.Qeyd edək ki,qanlı cinayət hadisəsi 2016-cı il aprel ayının 16-də Bakının Nizami rayonunda törədilib. İttiham aktına görə, qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davıdova Turanə Anatoli qızının qardaşı Elşad ilə münaqişəsi yaranıb. Münaqişəyə Turanə Davıdovanın ərə getmək istəməsi səbəb olub.

Qeyd edək ki, Davıdovlar əslən Ağdam rayonundadırlar və Bakıda məcburi köçkün kimi məskunlaşıblar. Turanə Davıdova indiyədək iki dəfə ərdə olub. Onun ikinci həyat yoldaşı 2015-ci ilin yanvarında intihar edib. Bundan sonra qadın 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki kirayədə yaşayıb. Bir müddət əvvəl Turanə Davıdova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb. Turanə Davıdovanın bundan narazı qalan qardaşı Elşad onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verən zaman Turanə Davıdovanın azyaşlı üç övladı da evdə olub. Uşaqlar köməyə qonşuları çağırmaq istəsələr də, Elşad Davıdov buna mane olub. 1977-ci il təvəllüdlü Elşad Davıdov bacısını qətlə yetirdikdən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təslim olub. Elşad Davıdov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib.

Xəbərlər     Baxılıb: 2675   Tarix: 25 dekabr 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamiləlik yay geyimləri 2026 makiyaj etmek qaydalari balqabaq plov babil baglari masaj bürclər iyun 2026 kosmetika novruza aid hakistalar bayatilar efsaneler aslan google