Qarın və buzun insan sağlamlığına İNANILMAZ FAYDALARI

Qarın və buzun insan sağlamlığına İNANILMAZ FAYDALARIQarın yağması özü ilə bir sıra problemlər gətiririr. Məsələn, nəqliyyatın hərəkətində maneələr yaranır, digər sosial problemlər ortaya çıxır. Odur ki, bir çoxu, xüsusilə isti havaları sevən insanlar qarın yağmasına qətiyyən istəmir. Hər halda onlar qarın faydasından xəbərdar olsalar, bəlkə də, fikirlərini dəyişərlər.
Xanim.az Publika.az-a istinadən bildirir ki, əslində qar bütün canlılar və təbiət üçün çox faydalı bir yağış formasıdır. Qışda qarın yağması istənilən bitki, ağac və kol üçün çox böyük əhəmiyyət kəsb edir.
Qar suyu torpaqdakı kalium, kalsium, dəmir kimi mineralları həll edərək bitkilərin qidalanmasını təmin edir.
Qar yer və yeraltı su ehtiyatlarının ən mühüm mənbəyidir.
Qar sayəsində su anbarları dolur və enerji olaraq bizə qayıdır.
Qarda olan ammonyak qarın əriməsi ilə torpağa hopur. Bu ammonyak azot bakteriyaları tərəfindən kalsium nitrat kimi azot duzuna çevrilərək bitkilərin azot ehtiyacını qarşılayır.
Havadakı və qurudakı zərərli mikroblar qarla birlikdə yox olur.
Qar yağanda hava yumşalır və havanın həddindən artıq soyumasının qarşısı alınır.
Bitkilər üzərində qoruyucu örtük əmələ gəlir. Qarın ən əsas faydası da bitkilərin donmasının qarşısını almasıdır. Həmçinin qalın qar örtüyü torpağı demək olar ki, donmağa imkan vermir, bunun sayəsində bitkilər daha az həyat enerjisi xərcləyir.
Qar ərimiş suya çevrildikdən sonra tərkibindəki faydalı maddələr torpağı zənginləşdirir.
Buzun insan sağlamlığına faydaları
Buz dəridəki ləkələri, doğuşdan sonra qalan çapıqları və yanıq ləkələrinə müsbət təsir göstərir. Üzü buz qəlibləri ilə masaj etmək xüsusu ilə faydalıdır. Xüsusi bir aparatla buz parçalarını dərinin alt təbəqələrinə yerləşdirilir. Beləcə o dəri təbəqəsinin öz-özünü yeniləməsini təmin edir və ləkələr yox olur. Bu üsul gözəllik mərkəzlərində tətbiq olunur.
Mütəxəssislər soyuq havanın baş ağrılarına yaxşı təsir etdiyini irəli sürüb. Onlar hesab edir ki, buz parçası ilə alına kompres etmək həssas sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir.
Saç tökülməsinin qarşısını almaq üçün baş dərisinə buz parçası yerləşdirin. Mütəxəssislər iddia edir ki, bu üsul baş dərisindəki damarların büzülməsinə və beləcə saç köklərinin möhkəmlənməsinə səbəb olur.
"Kriyoterapi" (buz müalicəsi) ilə bədəndəki müxtəlif revmatizm və başqa ağrıları azaltmaq mümükndür. Çünki soyuq buz damarları sıxlaşdırır və hər cür ağrıları yox edir. Bunu təkcə xəstəxana şəraitinə deyil, evdə də tətbiq etmək olar.
Avropanın qərb bölgələrində mənfi 10 dərəcə soyuq otaqlar xəstələr üçün istifadə edilir. Xəstələr 2 dəqiqə otaqlarda qalır. Bu üsul ürək xəstəlikləri olan insanlara yaxşı təsir göstərir (allergiyası olanlar istisnadır).

Xəbərlər     Baxılıb: 2129   Tarix: 17 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

sac duzumleri qis geyimləri 2026 kosmetika mehsullari cennet almasi balıq yağı sizanaga qarsi maskalar müalicəvi bitkilər kosmetika qadin saglamlig qizlar novruz hakısdası vətənə aid bayatı hüzeyir hacibəyov