Qarında şişlik və üst hissədə ağrı bu orqanın xərçəngi ola bilər - HƏKİMLƏR
Qarnın üst hissəsində ağrı ilə yatıb qalxırsızsa, ağrı daha çox sağ qabırğaqaltında olursa, qarnınız və yuxarı hissəsi şişkindirsə, əlinizlə basdıqda yumşaq deyilsə, az yediyinizə baxmayaraq tez doyursunuzsa, bunlar qaraciyərin şiş xəstəliyi və ən azı aşırı piylənməsi ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər qaraciyər xərçənginin əlamətsiz başlayıb, sürətlə irəliləməsini səbəb gətirərək, bu orqanın qarında təzahür edən əlamətlərinə qarşı diqqətli olmağa çağırır. Sadəcə köpdür, qazdır deyib qarın şişməsinə biganə yanaşmayın.
Digər əlamətlər:
- İştahsızlıq, tez doymaq, arıqlamaq
- Ürəkbulanma
- Qarının üst bölgəsində sancı, ağrı
- Gözlərin altında sarılıq
- Gecələr tərləmə, titrəmə
- Ağızda acılıq
- Nəcisin rənginin dəyişməsi
Qaraciyər xərçəngi diaqnozunu tapmaq çətin deyil. Bİr USM, KT və bir -iki analiz yetərlidir.
Ən yaxşı halda şiş metastaz verməyibsə, qaraciyər köçürülməsi barədə düşünmək olar.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir