Qarpızın qabığı özündən faydalıdır - Bunları bilmirsiniz...

Qarpızın qabığı özündən faydalıdır - Bunları bilmirsiniz...İsti yay günlərinin ən dadlı meyvələrindən biri də qarpızdır. Vitamin və mineralla zəngin olan qarpız həm sərinləməyinizə yardımçı olur, həm də orqanizmə bir çox faydası var.

Metbuat.az xəbər verir ki, qarpızın qabığı özündən də faydalıdır. Mütəxəssislər deyir ki, qabıq təbii liflərlə zəngindir. Bunu pəhrizinizə daxil etməklə artıq çəkidən xilas ola bilərsiniz. Qarpız qabıqları təzyiqi normallaşdırır. Qan dövranındakı artıq suyu atır. Araşdırmalara əsasən, yaşlı insanlarda yüksək təzyiqi aşağı saldığı sübut olunub, ancaq bu problemdən əziyyət çəkənlər mütləq həkim müayinəsindən keçməlidir. Qarpız qabıqlarında "likopen" adlı antioksidant var. Ağız, qırtlaq, mədə, uşaqlıq xərçənginə qarşı qoruyucu təsir göstərir. Qarpızın qabıqlarından salat, mürəbbə, şirniyyat hazırlamaq, həmçinin şorba və ocaqüstü yeməklərə əlavə etmək olar.

Qarpızın faydaları ilə yanaşı zərərləri də var. Çox yeyildiyi zaman şəkər xəstələrinin şəkərini yüksəldir. Xüsusilə, yay aylarında arıqlamaq üçün istifadə edilən qarpız çəki almağınıza səbəb ola bilər.

Onu da qeyd edək ki, yay mövsümündə zəhərlənmələrin səbəblərindən biri də qarpızdır. Bəs, bu halların qarşısını almaq üçün qarpız alarkən nələrə diqqət edək?

Məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova Metbuat.az-a açıqlamasında deyib: "Qarpızın necə olduğunu əvvəlcədən yoxlamaq təəssüf ki, mümkün deyil, ancaq qarpız, yemiş kimi məhsulları kəsdikdən sonra soyuducuda saxlamaq olmaz. Soyudulma prosesi kəsilməzdən əvvəl aparılmalıdır. Qarpız, yemiş kimi meyvələri bal, mürəbbə, şokoladla yemək olmaz. Soyuqdəymə və mədə problemi olanlarda əks təsiri özünü tez göstərir".

Ceyran Əsgərova əlavə edib ki, bıçağı batıranda meyvənin şaxlığından onun təzə, təbii olduğunu bilmək olar. "Qarpız təzədirsə, bıçağı batıranda çat verəcək. Bu məhsullar təzə halda yeyilməlidir".

Qarpız qabığının rəngi tünd olmalı və dırnağınızla qazıdığınız zaman yaşıl qisim asanlıqla görülməlidir. Torpağa oturan qisminin rəngi açıq sarı olmalıdır. Əgər kəsilmiş qarpız alacaqsınızsa, içərisi parlaq qırmızı, tumları isə qəhvərəngi və qara olanları seçin. Yaxşı qarpız almaq üçün böyük olmasına ehtiyac yoxdur, önəmli olan qarpızı əlinizə aldığınızda verdiyi ağırlıqdır. Qarpız alarkən diqqət etməli olduğunuz digər məqam isə sapıdır. Sapı yaşıldırsa, hələ yetişmədiyini göstərir. Sapın yaşıl olmamasına diqqət edin.

Sağlamlıq     Baxılıb: 2352   Tarix: 10 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

sac duzumleri adlarin menasi geyim necə seçməli ziyafət dəbi qadın və din tort reseptləri toy ideyalari kosmetika narin faydasi novruz hakistalari azərbaycan novruz bayramına aid hakışta vətənə aid atalar sözləri