Qastrit və xora xəstəliyi zamanı bu üsulla qidalansanız, mütləq sağalacaqsınız! + RESEPT

Qastrit və xora xəstəliyi zamanı bu üsulla qidalansanız, mütləq sağalacaqsınız! + RESEPTQastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur. Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər. Müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki, xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş verir. Əsas qaydalar: - Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır. - Bütün qidalar yalnız suda və buğda bişirilməlidir (yağda yox!). - Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin. - Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur. - Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar). - Bu kimi qidaların qəbulu tövsiyə olunur: duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü), buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet, bişmiş yumurta, bişmiş kök, kartof, çuğundur, moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir) süd, qaymaq südlü kokteyl, südlü çay kərə yağı və bitki yağları. Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır. saglamolun.az

Sağlamlıq     Baxılıb: 3827   Tarix: 22 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

toy makiyajlari yay geyimləri 2026 qaşların formalari yuxu pozğunluğu qirmizi uzun donlar cennet almasinin murebbesi hamilə qadın nə yeməli kosmetika qiz evi ucun masturbasiya nedir qizliq perdesi novruz narin faydasi