Qayınananız sizi sevmirsə, belə edin – Xanımlara məsləhət

Qayınananız sizi sevmirsə, belə edin – Xanımlara məsləhətSevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?

Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar? Aile.lent.az sevgiliniz, nişanlınız və ya həyat yoldaşınızın anası sizi sevmədiyi halda necə davranacağınız barədə ipuclar verəcək.

Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər.

Nəyi səhv edirsiniz?

Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək.

Sevgiliniz nəyi səhv edir?

Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.

Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var:

1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır.

2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq.

3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq.

4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək.

Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın.

Xəbərlər     Baxılıb: 1410   Tarix: 25 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

turlar.az

kosmetik vasiteler toy makiyajlari maskalar hamilə qadın qara qaragatin faydalari diş ağrısı cizgi filmləri kosmetika gözellik banan saglam qidalanma vətən baldiza aid